Qatarların hərəkəti və stansiyaların işi avtomatlaşdırılacaq

13:06 07-11-2021 | icon 179 | Sosial
Qatarların hərəkəti və stansiyaların işi avtomatlaşdırılacaq

Gələcəkdə Bakı metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram - alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

 

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, yarım əsrdən artıq bir istismar dövrü yaşayan metropolitenin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.

 

Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən artığı artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

İran - Əfqanıstan sərhədində nə baş verir?