“Kefləri istəyən xəritəni düzəldirləsə, biz də 1903-cü il xəritəsini təklif edək”

14:00 08-11-2021 | icon 135 | Siyasət
“Kefləri istəyən xəritəni düzəldirləsə, biz də 1903-cü il xəritəsini təklif edək”

Qasım Hacıyev: “Azərbaycan-Türkiyə dövlət başçılarının birlikdə tutduqları düzgün yolu heç kəs əyə bilməz”

 

Noyabrın 8-də 44 günlük Vətən Müharibəsinin yazdığı zəfər tarixinin 1 ili tamam olur. Ölkə ictimaiyyəti diplomatik mübarizədə və sərhədlərin müəyyənləşməsi prosesində müsbət nəticələrin olacağını gözləyir. Regionda əsas  güclər olan Türkiyə, Azərbaycan və Rusiyanın iştirakı ilə açılan Zəngəzur yolunda və sərhədlərin yenidən müəyyənləşməsində hansı dövlətin şərtlərinin əsas götürüləcəyi mübahisə doğurur. Azərbaycanın tarixi torpağı olan Zəngəzuru bölərək üzərində Ermənistan yaradan güclərdən biri olan Rusiyanın bu prosesdə iştirakı müəyyən narahatlıqlar doğuran məqamlardandır. Tarixən ölkəmizi parçalayan o güc bu gün havadarlıq etdiyi Ermənistanla Azərbaycan arasında sülhün təminatında bir vasitəçi kimi çıxış edirsə, təbii ki, Azərbaycan ictimaiyyəti nə qədər zəfər eşqi ilə yaşasa da, narahatdır və diplomatik savaşda əks təsirlərin üstünlüyündən ehtiyatlanır.

 

Lakin 300 il əvvəlki gərgin tarixi vəziyyəti dəyişən bir məqam var. O da Türkiyənin regionda güclənməsi və Azərbaycanın öz haqqı uğrunda savaşda qalib olması ilə yazılan yeni tarixdir. 8 noyabr Zəfərindən düz bir il keçir və Azərbaycana qarşı imperialist təsirlər səngimir.

 

Maraqlıdır Zəfər günümüzün ildönümü ərəfəsində hansı proseslərə şahidlik etməkədyik. Ötən tariximizi bu günümüzlə realizə edərək məsələyə bir daha diqqət çəkəcəyik.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Qafqazşünaslıq İnstitunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev çox maraqlı məqamlara diqqət çəkib.

 

- Qasım müəllim, bu gün regionda çox ciddi hadisələr baş verir. Vaxtilə bölünüb erməniyə verilən Zəngəzura yol salınır. Gəlin Zəngəzurla bağlı tariximizə bir baxış edək. Zəngəzur niyə bölündü və bu gün Qarabağdan çəkilən o yol bizi tarixi torpaqlarımızla birləşdirirmi?

 

- Zəngəzurun bölünüb vaxtilə Azərbaycan ərazisindən ayrılması Azərbaycanın, xalqımızın taleyinə vurulan ən böyük zərbələrdən biridir. Zəngəzurun Azərbaycandan ayrılması prosesinə diqqət çəkərik, amma istərdim əvvəlcə fikrin sonuna gələrək deyim ki, bu gün Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan yox, bütün türk dünyasının bayramı kimi qeyd olunmalıdır. Torpağın, ölkənin hər bir qarışı qiymətlidir, hamısı dəyərlidir. Amma elə dəyərlər var ki, onlar xalqın da, dövlətin də taleyində çox böyük rol oynayır. Bax bu böyük işlərdən biri də Zəngəzur məsələsidir ki, indi Zəngəzur dəhlizinin bönüvrəsinin qoyulması başlandı. İnanıram ki, bu dəhliz açılacaq, nəinki Türkiyəni, Azərbaycanı, Naxçıvanı birləşdirəcək, bütün Türk Dünyasını, Azərbaycanı, türkü sevən dövlətlərin gözəl yoluna, bayramına çevriləcək.

Zəngəzura qədər Azərbaycan dövlətinin ətrafında çox mürəkkəb proseslər gedib. 19-cu əsrin əvvəllərinə qədər böyük dövlətçilik ənənəsi olan Azərbaycanın dövlətçiliyinə çox böyük zərbə vurulub. Bu, Azərbaycan xanlıqlarını işğal edərək  Azərbaycanın iki yerə bölünməsi oldu. Azərbaycanın iki yerə bölünməsi xalqımız üçün nə qədər böyük zərbə, bəla idisə,  ermənilərin bu ərazilərə köçürülüb məqsədli şəkildə yerləşdirilməsi ondan da artıq bəla idi. Və həqiqətən bu bəla özünü dəfələrlə göstərdi. Erməni vilayəti yaradıldı, amma özünü doğrultmadı. Buna baxmayaraq Azərbaycan ərazisində, xüsusilə indiki İrəvan-Qərbi Azərbaycan və Qarabağ ərazilərinə ermənilərin üstünlüyünü təşkil etmək üçün imperiya hər cür siyasət işlətdi, hər cür planlar qurdu və burda azərbaycanlıların sıxlaşdırılması prosesi getdi. Bu, 19-cu əsrin axırına qədər davam elədi, nəhayət 20-ci əsrin əvvəllərində Azərbaycanın tarixi taleyinin daha mürəkkəb, daha dolaşıq dövrləri başladı. 1905-1906-cı illərdə azərbaycanlıların sıxışdırılıb çıxarılması məqsədi ilə silahlanmış ermənilər tərəfindən azərbaycanlıların  kütləvi qırğını törədildi. 1918-ci ildə soyqırım törədildi. Bütün bunların hamısı I dünya müharibəsində zəif düşən çar Rusiyasının məğlubiyyətdən çıxması üçün axtarılan variantlarla bağlıdır. O çarizm ki, məhv olub dağılandan sonra işğal ediyi ərazilərdə müstəqil dövlətlər yarandı. O cümlədən Azərbaycan Xalq Cumhuriyyti də yarandı. 18-ci ildə yaranan bu cumhuriyyət cəmisi 24 ay fəaliyət göstərdi, 120 qərar qanun qəbul olundu. Çox dövlətlər tərəfindən tanındı. O qədər mütərəqqi qanunlar qəbul olundu ki, Şərqdə ən demokratik cumhuriyyət adlandırdılar. Həqiqətən də öz mahiyyətinə görə belə bir mütərəqqi cumhuriyyət idi. Ermənilərə İrəvan şəhəri, əlavə ərazilər də verildi və dövlət yaradıldı. Amma bu mənfurlar yerində oturmadı, heç nə ilə razılaşmadı, hər yerdə dələduzluqla, sobatajla, daxilində yaşadığı xalqlara xəyanət yolunu davam etdirməklə silahlı üsyanlar təşkil elədilər. Hətta gürcüləri öyrədib öz tərəflərinə çəkdilər. Azərbaycanın Xalq Cumhuriyyətinin dadını çıxarmağa imkan vermədilər. Yaxşı o dövrdə dövlətçilik ənənəmizin davamı kimi xalq cumhuriyyəti  tarixə düşdü və Azərbaycan da sonradan onun varisi kimi bərpa olundu. Amma 1-ci dünya müharibəsindən çıxandan sonra müharibədə əzilən, istədiyinə nail ola bilməyən Rusiya geri çəkilən kimi silahlarını ermənilərə verdi Anadoluda törətdiyi qırğınlar kimi Azərtbaycanın da hər yerində qırğınlar törətdilər. Mudros müqaviləsindən, Osmanlı Azərbaycan ərazisindən gedəndən sonra artıq Azərbaycan təklənmiş oldu. Bir yandan Azərbaycana mənfəət gözü ilə baxan Avropa ölkələri, eyni zamanda ona ən yaxın olan və onu daimi olaraq işğal altında saxlamağa marağı olan Rusiyanın burdakı siyasəti yenidən meydana çıxdı. Və bu siyasət nəticəsində silahlanmış ermənilər tərəfindən Azərbaycanın hər yerində qırğınlar törədildi. Bilirsiz ki, Bakı şəhərində, Qubada, Gəncədə, Xaçmazda, Neftçalada, Kürdəmirdə, Şamaxıda, Qarabağın hər yerində qırğınlar törədildi. Eyni zamanda həmin dövrdə İrəvandan Zəngəzura qədər olan ərazilərdə 200-dən artıq kəndi yer üzündən sildilər, əhalisinin çoxunu qırdılar. O cümlədən Zəngəzur vilayətində - o vaxt Rusiya onu Yelizavetpol quberniyasında birləşdirmişdi. Qarabağ torpaqları, o cümlədən Zəngəzrur 20-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə zərbə vurulan zaman bu ərazilərdə də dəyişikliklər edildi. Şərur-Dərələyəz vilayəti Naxçıvanın tərkibindən alınaraq Moskva tərəfindən alınaraq ermənilərə verildi. Orda onlar möhkəmləndi, Zəngəzurdakı sonrakı işğalçı yürüşləri başlandı. Beləlikllə Zəngəzur ərazisində çoxlu qırğınlar baş verdi. Hətta yazılan məlumatlara görə, 5 minə qədər adam öldürüldü. O ərazilərdə yaşayan əhalinin 149 mini türklər idi, 90 minə qədər kürd, 80 minə qədər digər xalqlardan, tayfalar, o cümlədən ermənilər var idi. Amma böyük imperiyanın köməkliyi ilə xırda bir toplum olan erməni Zəngəzurda böyük qırğınlar törətdi. O vaxt Şərur-Dərələyəz onlara veriləndən sonra belə bir mənfur fikir də ortaya atıldı. Guya ki, Zəngəzur əyaləti neytral zonadır, yəni heç kimə aid deyil. Guya nə Azərbaycanındır, nə də Ermənistanın. Ermənistan hardan çıxdı? Bu təzə yaradılmış respublika idi.  Bunu da Azərbaycanla bərabərləşdirərək guya bölünməsi çətin olan bir ərazi kimi qələmə verildi. Və bundan sonra Zəngəzurun bölünməsi prosesi, Zəngəzurun yarısının ermənilərə verilməsinin əsası qoyuldu.

 

- Qasım müəllim, bir qədər uzaq tarixə diqqət çəkərək  Azərbaycana qarşı aparılan məkirli siyasətə toxundunuz. Erməni vandallığı, cinayətləri barədə dədə-babalarımız şahid olduqlarını bizə danışırdılar, indi də biz özümüz əyani bunun şahidi olduq. Bu gün işğaldan azad olunmuş o torpaqlarımızda hələ erməni vandalığının izləri qalır. Siz erməni məkrinə su tökən onu qüvvətləndirən havadar dövlət kimi Rusiyanı qeyd etdiniz. Bu tarixi faktdır. Bu gün də Azərbaycanın 44 günlük zəfərindən sonra Rusiyanın Ermənistana dəstəyi ilə hansısa addımlar ata biləcəyi şübhəsi qalır. Necə hesab edirsiz, erməni havadarları öz erməni pisliyini yenidən cücərdə bilərmi?

 

- Ermənilər heç nəyi təsadüflə eləmir, çox saxtakardır. Heç kəs, heç bir fakt erməniləri Cənubi Qafqazda aborogen xalq kimi tanımr. Ona görə də ermənilər nə qazanırsa, özünün həyasızlığı ilə edir. Başqalarının problemləri içərisində özlərinə məcburi yer tutaraq onlara nökərçilik edərək yer qazanır. Bax təsadüfi deyil ki, onlara 9,8 min kvadrat kilometr yer verilmişdi. Zəngəzur da onlara verilməklə məcbur elədilər və Azərbaycan Kommunist Partiyası o barədə qərar şıxartdı. Bu əraziləri yarı böldülər.  Bunlar azmış kimi Göyçə vilayəti də onlara verildi. Ermənistanın əraziləri 28,5 min kvadrat kilometrə çatdırıldı.  Əhalisi imkan vermədən, ərazisi olmadan, heç vaxt kompakt yaşamadıqları ərazilərdə ermənilərə dövlət yaratdılar. Bax, buna görə də şirnikən ermənilər o şəraiti onlara yaradanlara diz çökdü və əllərinə silah verilən kimi başqalarının qarşısında əjdahaya dönüb Azərbaycanda hər cür vandalizmi törətdilər. 90-cı illərdə başqa respublikalar öz müqəddaratlarını həll etmək, ölkəsinin iqtisadi, mədəni, sosial rifahını inkişaf etdirmək istədiyi dövrdə ermənilər yenidən işğalla məşğul oldular. Onlar hansı mütərəqqi bir plana imza atdılar?!. Hansı region layihələrində iştirak etməyə razı oldular?!. Onların iç üzü açılmalıdır. Bütün dünya bilməlidir ki, bunların separatizm, terrorizmdən başqa heç nəyə qabiliyyətləri çatmır. Amma biz burda Rusiyanın adını çəkməyə məcburuq. Çünki faktların içindən o çıxır. Biz onu ora salmırıq, o özü ordadır. Ermənilərə dövlət yaradan Rusiya həmişə onu himayə edib. Ermənilər bundan istifadə edərək mənfurcasına həm ərazilərimizi işğal edib, həm şəhərlərimizi, mədəniyyət abidələrimizi dağıdıb. Prezidentimizin dediyi kimi, hətta təbiətimizə böyük zərbələr vurublar, ağacları kəsib, evləri dağıdıb, yandırıblar. Bu cür erməniyə təəssüflər olsun ki, imperiya həmişə öz mənafeyi xatirinə şərait yaradıb.

 

- Hətta Putin yenə də Azərbaycanı ermənilərə münasibətdə kompramisə dəvət edir.

 

- Bir ingilis yazıçı-jurnalist görün nə deyir: - “Siz elə bilməyin ki, erməniyə kömək edən dövlətlər, xalqlar onu sevdiyindən bunu edir, xeyir, hərə öz mənafeyinə uyğun olaraq ondan istifadə etmək üçün bunu edir...”

Məsələnin mahiyyəti burda açılır. Kim necə istifadə edir. İndi baxaq, Rusiya ermənilərə bu qədər şərait yaratmasına baxmayaraq görür ki, erməni öz mənfurluğundan əl çəkmir. Çünki onlarda erməni xəstəliyi var. Heç nəyin qədrini bilmədilər. Biz onların xarakterini bilirik. Bu xarakterli tayfa heç vaxt yaxşılığın qədrini bilməz. Hətta Qarabağ müharibəsi ərəfəsində İrəvan küçələrində Rusiyanın əleyhinə şüarlar səsləndirilirdi, ittihamlar irəli sürülürdü. Sanki bunlar çox şeylərə nail ola bilərlərmiş, Rusiya bunlara mane olub. İndiki dövlət başçısı əvvəlkilərədən fərqlənir. Ermənipərəstlik olsa da, mümkün olanı danışır. O biri erməni dövlət başçıları elə bil yuxulu kimi danışırlar. Bütün reallığı başa düşə bilmirlər. Amma buna baxmayaraq, Paşinyanın özü də sağa-sola çox vurdu. Gah Avropa mövqeyi tutdu, gah Rusiyanın tərəfini saxladı. Bu hiyləgər siyasətin üstü açıldı. Açılandan sonra Rusiya başa düşdü ki, ermənilərin nazı ilə bu qədər oynamağın axırı yoxdur. Bunlar qədirbilən deyillər. Baxın, Ermənistanda 4 milyon əhali olmalıdır. Onun 2 milyonu yoxdur. Onun bəziləri Rusiyaya gedib, yerdə qalanı Avropada. İmkanı olan yerdə qalanlar da gecə-gündüz yuxuda Avropanı görür. Onlar da qaçmaq istəyirlər. Rusiya siyasətçiləri bunu başa düşəndən sonra fikirləşirlər ki, artıq zaman dəyişir, bu cür getməz.

Zamanın çox böyük bir yeniliyi də odur ki, 300 ildən artıqdır hələ Türk Dünyasının indiki qədər böyük imkanı, şansı olmayıb.  Türkiyə məğrur dövlətdir. Birinci dünya müharibəsində onu əzə bilmədilər, II dünya müharibəsində Türkiyəni ora qata bilmədilər. Bu, güclü siyasət yeridən, uzaqgörən diplomatiyası olan bir dövlətdir. Hərbi cəhətdən də çox güclüdür. Bunu dünənə qədər açıb deyə bilmirdilər. İnanıram ki, indiki hadisələrin gedişində Türkiyə dövlətinin çox böyük rolu var. Bunu heç kəs dana bilməz. Azərbaycanın geriyə qayıdışı yoxdur, ancaq irəli. İlham Əliyev kimi cəsur, uzaqgörən prezidentimiz var. O, Türkiyənin Azərbaycana bağlılığını yaxşı bilir. Ardıcıl siyasətin nəticəsində, Rusiyanın erməninin çağırışına laqeyd qadığı bir məqamda bu məsələlər həll olunur.

 

- Qasım müəllim, tarixə nəzər salaraq Rusiyanın I dünya müharibəsi ərtəfəsində ağır durumda olduğunu və bu vəziyyətdən çıxmaq üçün ermənilərdən öz məqsədləri üçün istifadə edib istəklərinə nail olduqlarını qeyd elədiz. Düzdür, siz də dediyiniz kimi, bölgədə vəziyyət dəyişib, Azərbaycan zəfər çalan bir dövlətdir. Türkiyə regionda güclənib, ümumi üstünlüklərimiz var. Və Zəngəzurda bir yol açılır... Amma Qrabağda rus sülhməramlıları da var və sanki şimaldan gələn eyni təsirlər baş verir. Yenə də hiylə dolu siyasətin getdiyi müşahidə olunur. Maraqlıdır, bu fonda Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törədə bilərmi?

 

- Mənə belə gəlir ki, Ermənistanın bu prosesdən geriyə çəkilmək, nəyisə özünün xeyrinə həll etmək imkanı yoxdur. Bunu birmənalı şəkildə demək olar. Bir il qabaq məndən soruşanda, həmişə deyirdim ki, heç vaxt torpaqlar işğal altında qalmayacaq. Onda mənim bu barədə çox əsaslarım yox idi. Yəni hansı yolla azad olacaq, necə işğaldan azad edəcəklər, ermənilər hansı günə düşəcək, bizim vəziyyətimiz necə olacaq... Tarixdə belə şeylər çox olub. Diplomatiya tarixinə baxsaq, bunu görərik. Orda elə məqamlar olur ki, dövlətin də, xalqın da taleyində mühüm rol oynayır. Bu, dövlət başçılarından və yaranan məqamdan asılıdır. Birinci, indiki müzəffər Azərbaycan prezidenti, müzəffər Azərbaycan ordusu, xalq birliyi işğaldan azad olunmuş torpaqlara və Zəngəzur yolunun açılmasına gedən istiqamətdə əsas rol oynayan məqamlardır. İkincisi, Rusiyanın atıq Ermənistanın tərəfini saxlamaq həvəsindən çəkilməsidir.  Rusuya düzgün mövqe tutdu. Onları zorla qalib eləməklə deyil. Ataların bir yaxşı sözü var, deyir, düz əyrini kəsər. Azərbaycan  düz yoldadr, erməni isə səhv yoldadır. Gec-tez, 30 il də keçsə, bu düz o əyrini kəsdi. Üçüncüsü, bu, Türkiyənin özünün qüdrətləndiyi, gücləndiyi bir zamanda baş verdi. 3-4 il qabaq biz Türkiyənin dərdinə ağlayırdıq. Böyük dövlətlər Türkiyənin ətrafını sanki elə bürüdülər ki, Şərq ölkələrini elə vəziyyətə saldılar ki, Türkiyə ortada təklənmiş vəiyyətdə qaldı. Türk dünyasının ürəyi qan ağlayırdı ki, Türkiyə kimi qüdrətli bir dövlət bu vəziyyətə düşüb. Amma taleh var. Xoşbəxtlik ən çətin anda da gəlib adamı tapa bilər. Türkiyə xoşbəxtliyi onda oldu ki, hərbi cəhətdən yenidən dirçəldi, elmin, texnikanın tətbiqi nəticəsində gəlib elə bir nöqtəyə çıxdı ki, onun “dostları” onlarla əsl dostluq eləməyə başladılar. Düşmənləri də onunla dost olmağa məcbur oldu. Türkiyə ilə Azərbaycan yan-yana dayandığı bir məqamda Rusiya Zəngəzur yoluna razı olsa da çəkiləcək, olmasa da çəkiləcək. Ermənilərdən bunu heç soruşmaq da lazım deyil. Ermənilər indi özəri buna maraq göstərirlər. Göstərməsə, görək axırı necə olacaq, nə vəziyyətə düşəcək. Ermənilər sovet dövründə dotasiya ilə yaşayan, sonrakı dövrlərdə bütün iqtisadiyyatı başqa dövlətlərin əlində olan, milyardlarla dollar dünya xəsinəsinə borcu olan bir respublika  necə iddialarla çıxış eliyə bilər. Onlar danışanda məətəl qalıram. Onların iqtisadiyyatını, sosial şəraitini bilən adam kimi onlara yazığım gəlir, amma bunun içərisində olan erməni nəyi nəzərdə tutur, nəyə güvənib revanşizmdən danışır, bu çox qəribədir.  Zəngəzur məsələsi çox dövlətlərdən soruşulmayacaq. Nə İranın ona gücü çatan deyil, nə Ermənistanın... Nə də başqa dövlətlər o  işə çox qarışmırlar. Burda yalnız Rusiya, Türkiyə, Azərbaycandır. Zəngəzur yolunun açılması Rusiyanın özünə də xeyirdir. Rusiya vaxtilə “isti dənizlərə” çıxmaq üçün nə qədər qanlar töküb, müharibələr aparıb. İndi rahat şəkildə bütün dünyaya çıxır...

 

- Məhz bu ərəfələrdə sərhədlərimizin delimitasiya və demorkasiyası olunacaq. Sərhədlərin hansı tarixdən müəyyənləşməsi məsələsi də çox önəmlidir. Rusiya tərəfi artıq bir “diplomatik bomba”nı ortaya qoyub. Artıq belə bir narahatçılıq var ki, sərhədlərin müəyyən olunması elə bir tarixdən götürülə bilər ki, postsovet ölkələri üçün bir president yarada bilər. Ümumiyyətlə, necə hesab edirsiz, sərhədlərin müəyyən edilməsi hansı tarixdən götürülməlidir?

 

- Son dövrlərdə belə bir məsələ ortaya atmışdılar ki, 1920-ci ildə qəbul olunmuş xəritələr götürülsün. Yəni Azərbaycan Xalq Cumhuriyyəti yaranandan bir az sonra ərazimiz 116-min kvadrat kilometr idi. Amma SSRİ yarananda Azərbaycan ərazisi SSRİ-nin tərkibinə 96,4 min kilometr ərazisi olaraq daxil edilmişdi.  Ən azı 20-ci ildə sovet hökumətinin tərkibində olan dövrdən götürülməlidir. Azərbaycan dövlətinə yenə də bu sərf edir. Çünki reallıqdan çıxış eləmək lazımdır. Biz bu gün hansı ərazilərin dərdini çəkirik. Hətta sovet hökumətinin dövründə də Ermənistan qeyri-rəsmi olaraq Azərbaycan torpaqlarında azərbaycanlıları sıxışdırdılar. Biz bunu əyani olaraq Qazax bölgəsində, Laçının qaragöl sahilləri, bu tərəfdən Görus, ərazisi. Hətta oraları heç bir rəsmiyyət olmadan qeyri-qanuni ermənilər yavaş-yavaş  ələ keçirdi. Heç olmasa o raziləri qaytarmaqdan gedirsə, heç bir problem olmalı deyil.

 

- Biz həm də Azərbaycan Xalq Cumhuriyyətinin varisləriyik. Sərhədlərin müəyyənləşməsində bunu da nəzərə almalıyıqmi?

 

- Alınmalıdır. Bu yaxınlarda Ermənistanda rəsmi dairələr belə bir məsələ ortaya atıblar ki, biz sərhədlərin müəyyən olunmasını 26-cı ilin xəritəsi ilə götürək. Onu da araşdıranda görüblər ki, 26-cı ildə çəkilmiş heç bir xəritə yoxdur. Mən də deyirəm ki, bu sizə niyə qəribə gəlir ki. Ermənilər hər şeyi saxta düzəldir. Ermənilər təzə daşı yonub qədim daşa çevirirlər, saxta arxivlər yaradırlar. Bunlar saxtakarlığı xoşlayırlar. Bunlar saxtalaşdırmadan erməni ola bilməzlər. Əgər kefləri istəyən xəritəni düzəldirsə, gəlin biz də 1903-cü il xəritəsini təklif edək, gedib baxsınlar o ərazilərə və onunla müəyyənləşdirək. Axı ona da razılaşmayacaqlar. Saxatakarlıq onların peşəsidir. Ona görə indi Rusiya erməni ilə razılaşmır, özünün iddiaları var. Burda istər-istəməz, Molla İbrahim Kimyəgər Əsərində də deyir ey, “şeytanı, meymunu yadından çıxarsan, sənin misin gümüş pula  çevriləcək”. İndi nə danışsaq da, o şeytanın barmağı çıxmır. Çünki çox vaxt dediyinin də əleyhinə gedir, dediyini başqa yerə yozur. Ona görə də narahatıq. Narahatıq ki, 20-ci il xəritəsi deyib, ortaya delimitasiya məsələləri qoyulanda görən burda  hansı hoqqanı çıxaracaqlar. Bəlkə indiki kimi yenə də ortaya Mehri məsələsini atacaqlar. Hansı ki, o vaxt Azərbaycanın ağır dövründə böyük imperiya alıb o əraziləri ermənilərə vermişdi. O yerlərə ixtiyarımız çatmırdı, Dağlıq Qarabağ ərazisindən də çox əraziləri tutub xarabaya çevirdilər. Belə bir vaxtda təkliflər  olundu ki, heç olmasa yaşamaq, qonşuluq, inkişaf xatirinə gəlin Dağlıq Qarabağı Mehri ilə dəyişək. Bu məsələ qoyulanda ermənilər əvvəl razılaşdı, böyük qardaşından məsləhətləşəndən sonra imtina elədi.

 

- İndi o məsələ yenidən ortaya atılır...

 

- Bu yenə də o mənfur qüvvələrin işidir. Amma niyə azərbaycanlılar da buna gedir, buna hansı nöqteyi-nəzərdən baxır, nə cür başa düşür?! Azərbaycanın indiki üstünlüyü dövründə problemlərini yüksək şəkildə həll etmək imkanı olduğu halda Mehriyə görə Xankəndidən könüllü imtina eləməsi tariximizə ən böyük ləkə olar. Çünki Xankəndi 30 il yox, 50 il də işğal altında qalsa, bu, Azərbaycan torpağıdır. Onu heç kim öz razılığı ilə verib, heç bir torpaqla dəyişməz. Ona görə ki, bu, onun tarixində ləkə kimi qalar. Tarix heç nəyi unutmur. Vaxtilə İrəvan şəhərini verənlər də tarixə bir ləkə salıb və o, bu gün də deyilir. Onların adları da məlumdur. Eyni zamanda yarı könüllü, yarı məcbur Zəngəzurun qərb hissinin verilməsində də günahkar olanlar oldu. Bütün bunlar yaddan çıxmır. Tarix elədir ki,  zamanı gələndə hər şeyi ortaya çıxarır. Ona görə də indi səhvlərə yol vermək olmaz. İndi bu qədər Türk Dünyasına gozəl şərait yarandığı, Azərbaycan dövlətinin inkişaf elədiyi, çiçəkləndiyi, şərəfli tarix yazdığı bir dövrdə, yenidən o mənfur qüvvələrin küyünə gedib, tələsinə düşmək lazım deyil. Bu gün 8 noyabr zəfərinin ildönümünü yada salan, 3000 şəhid verən dövlət belə bir addım atmaz. O şəhidlərin qarşısında mən baş əyirəm. Yaralanmış, əziyyət çəkən, müəyyən əzalarını itirmiş, amma gələcəyə nikbinliklə baxan əsgərlərə cansağlığı, yaxşı yaşayış arzulayıram. O zaman onların yaraları sağalar, o zaman şəhidlərin ruhu şad olar ki, onların başladığı zəfər yolu axıra qədər düzgün davam eləsin. Mənə elə gəlir ki, dövlət başçımız İlham Əliyev, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın birlikdə tutduqları düzgün yolu heç kəs əyə bilməz. Hesab edirəm ki, bu yola xələl gətirən, narazılıq törədən fikirləri söyləməyə ehtiyac yoxdur.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"