Ən böyük tarixi fakt – 8 noyabr ZƏFƏR GÜNÜ

15:00 08-11-2021 | icon 130 | Siyasət
Ən böyük tarixi fakt – 8 noyabr ZƏFƏR GÜNÜ

Havva Məmmədova: “Dünya Ermənistanın dinc yanaşı yaşamaq istəmədiyini dərk etməlidirlər”

 

“44 günlük müharibədə qazandığımız qələbənin 1 ili tamam olur, amma hələ də Ermənistan fərarilik edən əsgərlərinin aqibətindən, məğlubiyyətindən bir dərs çıxarmayıb. Bugünkü Ermənistan hələ də müxtəlif lobbi, diaspora təşkilatlarının əlində oyunçaq olaraq qalır. Şimalla Qərb arasında çaş qalan Ermənistan hələ də öz milətinin taleyi haqqında düşünməyə imkan tapmır. 44 günlük müharibədə də Azərbaycan Prezidenti Ermənistan qadınlarına müraciət elədi ki, övladlarınızı cəbhədən geri çəkin, övladlarınızı cəbhəyə buraxmayın. Azərbaycan Prezidenti bu müddət ərzində müdrik, humanist addımlar atdı, bu gün də Ermənistanı sülhə dəvət edir”.

 

 

Versus.Az xəbər verir ki, bunu sabiq deputat, professor Havva Məmmədova Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxışı zamanı “...Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb...” fikirlərində dünyaya verdiyi növbəti mesajlarla bağlı şərhində bildirib.

 

H.Məmmədova qeyd edib ki, Azərbaycan nə qədər sülh, iqtisadi inkişafa açılan yollarla bağlı təkliflər, humanist addımlar atsa da, revanşist Ermənistan heç birini qiymətləndirmək istəmir:

 

“Amma biz sona qədər torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə apardıq və zəfər çaldıq. Ermənistan bu müharibədə uduzdu və 30 ilə yaxın müddət ərzində erməni ordusu barədə yaratdığı “böyük erməni mifi” dağıdıldı. Ermənistan bundan sonra hələ 10 illər iqtisadi, siyasi sahədə özünə gəlməyəcək. Ermənistan nə qədər çətin durumda olsa da, nədənsə müstəqil şəkildə sülh yolunu tapa bilmir. Bütün bunlarla yanaşı Azərbaycan öz humanist ideyalarını davam etdirir və regiona sabitlik, sakitlik gətirmək məqsədini güdür.  Amma görünən odur ki, Ermənistan sülh təkliflərimizə cavab vermir. Belə davam edərsə, elə erməni xalqı revanşist siyasətçilərinin üzərinə qalxıb onları məhv edəcəklər”.

 

H.Məmmədova tarixi faktlara əsasən Ermənistanın verdiyi vədlərə heç zaman əməl etmədiyini önə çəkib. Onun sözlərinə görə, ən böyük tarixi fakt ondan ibarətdir ki, 44 günlük müharibədə xalq, ordu, Ali Baş Komandanın birliyi nəticəsində Azərbaycan, müzəffər ordumuz qələbə çaldı:

 

“Biz bizimlə qonşuluq münasibətində yaşamaq istəyən insanlarla yaşamaq istəyirik. 30 il ərzində daim bizim millətə qarşı yanlış təbliğat aparıblar. 20-ci əsrin sonunda 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qaradağlı faciəsi, Ağdaban, Xocavənd faciələri, eləcə də bütün işğal olunmuş ərazilərimizdə ermənilər böyük faciələr, qırğınlar, dağıntılar törədi. Elə 20-ci əsrdə xalqımız Qarabağdan - öz ev-eşiyindən 4-5 dəfə didərgin düşüb.  Əgər bu, ermənilərin başına gəlsəydi, bütün dünya bizim üzərimizə qalxardı. Amma nədənsə dünya sanki Ermənistanın yürütdüyü siyasəti sanki görmür”.

 

H.Məmmədova hesab edir ki, bu gün dünya, beynəlxalq ictimaiyyət Ermənistanın dinc yanaşı yaşamaq istəmədiyini bilməli, dərk etməlidir. O təəssüflə bildirib ki, hələ də böyük dövlətlərdə olan erməni lobbisi, erməni havadarları yenə də torpaq iddiası ilə yaşayırlar:

 

“Ermənistan və onun havadarları bilməlidir ki, bu ərazi iddiaları arxada qaldı. Ermənistan düşünməsin ki, Azərbaycan torpaqlarını işğal edib, bir də ala bilərlər. Çünki o torpaqların yiyəsi qayıtdı. O torpaqları canı, qanı ilə döyüşüb azad edən qəhrəman ordumuz var. Bütün cəbhələrlə qətiyyətlə döyüşən Azərbaycanın müzəffər Ali Baş Komandanı var və mübarizəmiz davam edir”.

 

H.Məmmədova bildirib ki, xalqımız bundan sonra ermənilərin Azərbaycan xalqının başına açdığı müsibətləri unutmamalıdır:

 

“Biz birgə yaşaya bilərik, amma 30-50 il keçəndən sonra ermənilər yenə baş qaldıracaqlar. Ona görə də işğaldan azad olunmuş bütün ərazilərimizdə, xüsusilə Xankəndidə özümüz yerləşməliyik. Elə etməliyik ki, ermənilər bir daha içərimizdə baş qaldırmasınlar. Xankəndidə yaşayan azərbaycanlılar nə qədər əziyyət çəkdiklərini yaxşı bilirlər. Vəzifələrdə olan ermənilər tərəfindən daim sıxışdırılmışıq. Xankəndi Azərbaycanın qədim torpağı, xanın kəndi olub. Biz o yerlərdə möhkəmlənərək ermənilərə heç bir fürsət verməməliyik. Azərbaycan xalqı bir daha ermənilərin o “timsah göz yaşlarına” inanmamalıdır”. /həftə içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"