ƏZİZ GÜN

12:26 08-11-2021 | icon 160 | Cəmiyyət
ƏZİZ GÜN

Zəfər! - Biz onu çox gözləmiş, ona çox həsrət cəkmiş və də çox inanmışdıq

 

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Zəfər Günümüz yetişdi. Zəfər! - Biz onu çox gözləmiş, ona çox həsrət cəkmiş və də çox inanmışdıq! İnam olmasaydı və yalnız ümid, arzu kateqoriyasında hiss-həyacana, gözləntiyə sahib olsaydıq, Zəfər mümkün ola bilərdimi? İnam heç bir maneəyə, keçilməz deyilən "Ohonyan xətti"nə, dağılmaz deyilən bunkerlərə, bilinməz sanılan tunellərə... baxmayaraq, bizi irəli apardı. O irəlidə Şusa vardı: "Şusasız bizim işimiz yarımçıq qalar"dı...

 

Şuşa Qarabağın simvol şəhəridir. Şuşayadək olan əraziləri azad etməyimizlə müəyyən dərəcədə barışan, nəhayətdə etiraf edən işgalçı tərəf, zənn edirdi ki, "daglarda toy" çaldıqları inci şəhəri əldən verməzlər. İşgalçı tərəf, haqsız tərəf əlbəttə qorxaq olur; qorxduğu üçün hər cür zalımlıqlar edir və himayədarlarına arxalanır; görünür, işğalçi Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Ali Baş Komandanının prinsipiallığını, siyasi iradəsini düzgün qiymətləndirə bilməmişdi. Qarabağın işğalına göz yuman, işğalçı ilə işğala məruz qalan tərəfi bir tutan ikili standartlar dünyası ilə barışmayan güclü, ədalətli Türkiyə kimi bir qonşumuzun olduğunu da dərindən dəyərləndirə bilməmişdi Ermənistan. Və o, güclü, ədalətli qonşu bizim özbəöz qardaşımızdı! - Bizi tək qoymadı, ilk gündən öz mənəvi, siyasi dəstəyini göstərdi.

 

Düsmənlər dövlət-xalq birliyimizin təntənəsini də təsəvvür etmirdi. İşğalçılıq siyasəti (daha doğrusu, praktikası), uzun surən haqsızlıq, ədalətsizlik erməni idarəçilərinin, dünya erməniliyinin ağlını sifirlamışdı sanki. Hər kəs onlara borcludur, onlar ən qədim mədəniyyətə sahibdir, onlar yenilməzdir, "beynəlxalq birlik "xristian Ermənistan"ın haqsızlığını "müsəlman Azərbaycan"ın haqqından üstün tutmaqda davam etməlidir" və s. sərsəmləmələr... Lakin unutdular ki, "dünya beşdən böyükdür"; anlamadılar ki, haqq nazilər, üzülməz; qəbul etmədilər ki, üz-üzə qaldıqları dövlət Qafqazın ən aparıcı dövlətidir. Və Qafqazın ən aparcı ölkəsi titulunu bizimçün təmin edən güclü orduya, vətənpərvər gəncliyə, xalqına candan bağlı dövlət başçısına malikik. Əlbəttə, Qafqazın ən aparıcı dövləti olmaq, gərgin əmək, düşünülmüş iqtisadi-siyasi fəaliyyət və məqsədyönlü ordu quruculuğu sayəsində mümkün olmuşdu. Bu isə tarixi məqam yetişincə saat mexanizmi kimi işə düşən, Zəfərə aparan qarşısıalınmaz ümumxalq hərəkatına çevriləcəkdi... Çevrildi də!

 

Bu anlamlı gündə şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm! Bizim işimiz haqq işi olub, haqq işidir və biz Zəfərimizi yeni uğurlarla taclandıracağıq!

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"