Yaralı halda döyüşməyə davam edən şəhid leytenant Vüsal Məhərrəmov

13:53 10-11-2021 | icon 225 | Şəhidlər və şahidlər
Yaralı halda döyüşməyə davam edən şəhid leytenant Vüsal Məhərrəmov

Şəhidin anası: "O, Şuşaya gedən ərəfələrdə də yaralı olub"

 

Şəhid qanı axan torpaq müqəddəsdir. Qanı torpağa qarışan, canı ilə Vətənini qoruyanlardan biri də Məhərrəmovlar ailəsinin qəhrəman övladı Vüsaldır.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, o, Masallının Hişkədərə kəndində, 1979-cu il dekabrın 6-da dünyaya gəlib. Məktəbi əla qiymətlərlə bitirərək indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub. 2003-cü ildə Naxçıvanda zabit kimi hərbi xidmət edib. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Ehtiyatda olan leytenant Vüsal Məhərrəmov əvvəl taqım komandiri, sonra isə tabor komandiri olub. Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edib.

 

Şəhidin anası Elmira Nağıyeva deyir ki, o, Şuşaya gedən ərəfələrdə də yaralı olub:

“Əsgərlər çox dedi, “komandir, yaralısan, get müalicə ol, get hospitala”, amma göndərə bilmədik. Əsgər yoldaşları deyir ki, “özü yeməzdi, bizi yedizdirərdi. Özü yatmazdı, keşik çəkərdi, bizi yatızdırardı. Qabağa həmişə özü gedərdi ki, siz uşaqsız, ailə qurmamısınız hələ”. Onlara qarşı o qədər diqqətli olub. Deyirlər ki, elə bil arxamızda bir dağ vardı. Komandir deyildi, ata bilirdilər onu”.

 

Noyabrın 6-sı Daşaltıda, Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını ön xətdən çıxaran igid leytenantımız dördüncü əsgəri xilas etməyə çalışan zaman düşmən gülləsinə tuş gəlir.

 

Şəhidin atası Aslan Məhərrəmov deyir ki, Vüsalın 40 mərasimi idi, onun əsgərləri, döyüşçüləri gəlmişdilər bura:

“Məni ziyarət etdilər və dedilər ki, sənin oğlun qəhrəmandır. Biz dəfələrlə ona dedik ki, sən yaralısan, səni döyüşdən çıxaraq. O razı olmadı. Dedi: “Qardaşlar, mən sizi qoyub gedə bilmərəm. Bir yerdə gəlmişik, bir yerdə gedəcəyik”. Onun köynəyini bir əsgər gətirib mənə təqdim etdi. Dedim: “Ay oğul, sən sıravi əsgər, mənim oğlum baş leytenant. Necə olur? Sənin köynəyin onda nə gəzir? Dedi: “Qoy mən deyim. Füzuli uğrunda güclü döyüşlər gedirdi və həmin döyüşdə mən bərk yaralanmışdım, çoxlu qan itirmişdim, üşüyürdüm, əsirdim. O, öz köynəyini çıxartdı, geyindirdi mənə və məni yola saldı hospitala”.

Şəhid leytenant Vüsal Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub:

 

Şəhidin qardaşı Rəşad Məhərrəmov şəhidin döyüş yolu ilə bağlı eşitdiklərini danışır:

“Onun döyüş yolu haqqında onun cəbhə yoldaşları, əsgər yoldaşları bizə məlumat veriblər. Ancaq onlardan öyrənmişik və onun göstərdiyi qəhrəmanlıqlar, şücaətlər barəsində məlumat aldıqca fərəhlənirik. Kövrəlirik, amma eyni zamanda da qürur duyuruq. O bizim qəhrəmanımızdır”.

 

Şəhidin oğlu Nihad Məhərrəmov atasının onlara həmişə arxa, dayaq olduğunu deyir:

“O, müharibədə olanda da bizə həmişə zəng vurardı ki, ananızın sözündən çıxmayın, dərslərinizi yaxşı oxuyun. Onun tək istəyi bizim ali məktəbə qəbul olmağımız idi, bizim oxumağımız idi. Mən atamla həmişə fəxr etmişəm, fəxr də edəcəyəm. Çünki mən qəhrəman bir igidin oğluyam”.

 

Nihad və Nicat şəhid leytenantımızın bizə yadigar qoyduğu gələcəyin əsgərləridir. Vüsal Məhərrəmov minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi naminə canını fəda edənlərdən oldu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?