44 günlük müharibə olmasaydı belə 10 noyabr bəyanatı imzalancaqdı!

17:17 10-11-2021 | icon 149 | Geopolitika
44 günlük müharibə olmasaydı belə 10 noyabr bəyanatı imzalancaqdı!

 

44 günlük müharibə olmasaydı belə 10 noyabr bəyanatı imzalancaqdı!

 

Politoloq Turan Rzayev Versus.az-a şərh etdi

 

21-ci əsirdə müharibə aparmaq çox çətin, hətta imkansıza bərabər bir şeydir. Hətta aparılan müharibə beynəlxalq hüquq əsasında leqal olsa da bu belədir. Biz bunu 44 günlük müharibə gedişində bir daha əyani surətdə gördük. Qəribədir ki, müstəqilliyimizi, ərazi bütövlüyümüzü tanıdığını dəfələrlə bəyan edən ölkələr müharibə zamanı israrla atəşkəs çağırışı edir, bu da azmış kimi ölkəmizə qarşı təzyiq etməkdən geri durmurdu. Xüsusilə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Bununla belə Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirərək, bütün təzyiqlərə sinə gərərək onları dəf etdir, öz prinsipial mövqeyindən dönmürdü.

Əlbəttə ölkə başçısı təkcə bu təzyiqlərə dözmür, eyni zamanda dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə ilə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın edirdi. Təsadüfi deyil ki, Prezidentin bu həmləsi Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst etdi.

Nəticədə dünyanın aparıcı dövlətlərinin təzyiqlərinə, bütün çətinliklərə baxmayaraq rəşadətli ordumuz, qəhrəman xalqımız və onun Müzəffər Ali Baş Komandanı ildırımsürətli müharibəni 44 günə, düşmənə göz açmağa imkan vermədən tarixi qələbə ilə başa çatdırdı. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə son 200 illik tariximizə qızıl hərflərlə yazdı.

 

 

44 günlük müharibə olmaya bilərdimi?

 

Müharibə səbəbləri nə olursa olsun, haqlı və ya haqsız heç bir xalqa, ölkəyə itkisiz başa gəlmir. Bu mənada “44 günlük müharibə olmaya bilərdimi?” sualı bizim üçün aktual olaraq qalır. Prinsip etibarilə 44 günlük müharibə olmaya bilərdi və “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi bir güllə atılmadan, qan tökülmədən dinc yolla həll edilə bilərdi.

Məsələ ondadır ki, Azərbaycan 27 il danışıqlar prosesini məhz sonda bu arzuolunan nəticə üçün aparırdı. Lakin təəssüf ki  Ermənistan tərəfi nə 27 il öncə, nə də 27 illik danışıqlar prosesi zamanı münaqişənin dinc yolla bitməsində maraqlı olmayıb. Əvəzində isə rəsmi İrəvan süni surətdə bərqərar olmuş status-kvonu qoruyub saxlamaqla işğalı leqallaşdırmağa, işğaldan doğan “reallığı” dünyaya təbliğ etməyə çalışırdı.

Mənə görə, Ermənistanın 44 günlük müharibədə üzləşdiyi əzici məğlubiyyətin bir səbəbi də Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməkdə israrlı olması, müharibə variantı aktual olmasına baxmayaraq bunu dilə gətirməməsini yanlış anlamasıdır. Yəni rəsmi Bakının 27 il ərzində sərgilədiyi mövqe İrəvan nəzdində Bakının “məğlubiyyəti qəbul etmə”, “müharibədən çəkinmə”, “rəqibi özündən üstün görmə” kimi yanlış təəssürat yaratdı. Azərbaycanın müharibəsiz münaqişəni həll etmə humanizmi Ermənistanı sözün əsl mənasında dərin qəflət və dəlalət çuxuruna salaraq qalib ədası ilə ard-arda siyasi səhvlər etməsinə gətirib çıxardı.

Ermənistanın inqilab yolu ilə hakimiyyətə gələn Baş naziri Nikol Paşinyan da çox keçmədi ki, bu qəflətə düşərək xalqına verdiyi bütün vədləri unudaraq sələfləri Robert Köçəryan və Serks Sarkisyanın səhvlərini təkrarladı. Onun Şuşaya ardıcıl səfərləri “dqr” “rəhbərinə” inaqurasiya mərasimi keçirməsi, Şuşada yeni parlament binasını tikmək istəməsi, sərxoş halda Cıdır düzündə yallı getməsi, Ermənistanı müharibə başlamadan məğlubiyyətə sürükləyən faktorlar idi.

Bütün bu hadisələr sonrası müharibənin olmaması mümkün deyildi. Digər tərəfdən, Prezident İlham Əliyev realist siyasətçi kimi mövcud vəziyyətdə işğala son qoyulması üçün mümkün olan hər şeyi etmişdi. İndikindən daha yaxşı variantı gerçəkləşdirmək mümkün olsaydı və ya müharibəsiz torpaqları işğaldan azad etmək mümkün olsaydı əminəm o, mütləq bunu edərdi.

Nəticə etibarilə biz qələbə çaldıq. Özü də bu qələbəyə kölgə sala biləcək "mızıltılara" hər hansı bir əl yeri qoymadan, mənfur düşməni kapitulyasiyaya, diz çökməyə məcbur edərək.

 

10 noyabr bəyanatının imzalanmasındakı kilit amil 

 

Azərbaycan 44 günlük müharibə nəticəsində Ermənistanı və erməni separatçılarını məğlub etdi. Lakin Ermənistan müharibənin ilk günlərindən bu müharibəni Aprel döyüşləri və ya Günnut əməliyyatları kimi qısa olacağını, Rusiyanın prosesə müdaxilə edərək tərəfləri yenə atəşkəs adı altında, masa arxasına oturdacağını düşünürdü.

Rəsmi İrəvan müharibənin ilk günlərindən olduğu kimi bu düşüncədə də yanıldı. Çünki Azərbaycanın dayanmaq niyyəti yox idi. Bunu elə Prezident İlham Əliyevin müharibənin ilk günlərindən beynəlxalq aləmin təzyiqlərinə məhəl qoymasında da anlamaq olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bunu anladıqda iş-işdən çoxdan keçmişdi. Məsələ ondadır ki, o müharibəni dayandırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə bir neçə dəfə müraciət etmişdi. Putin də öz növbəsində müharibənin dayandırılması üçün təkliflər irəli sürmüş, hətta Rusiya sülhməramlılarının regiona gəlməsini təklif etmişdi. Lakin ölkə başçısı yaxşı anlayırdı ki, bir də belə ideal fürsət ələ keçməyəcək.

Prezidentin müharibə zamanı beynəlxalq təzyiqlərə baxmayaraq məğrur duruşunu pozmamasının bir səbəbi də məhz bu idi. O yaxşı anlayırdı ki, bütün təzyiqlərə baxmayaraq Ermənistanı dəstəkləyən, bu istiqamətdə Azərbaycana təqziq edən ölkələr Ermənistanın imdadına yetişə bilməyəcək.

Müqayisə üçün bunu Fateh Sultan Məhmədin İstanbulun fəthinə bənzətmək olar. Hansı ki, Sultan Məhməd də İstanbulun fəthi əsnasında beynəlxalq təzyiq ilə üzləşmiş, hətta Xaçlı ordusu ilə hədələnsə də Qərbin bu tezlikdə belə bir yürüşə hazır olmadığını bilirdi.

Digər bir məqam isə Şuşa idi. Şuşa işğaldan azad edilmədən müharibə bitə bilməzdi. Onsuz da Şuşanın işğaldan azad edilməsi Ermənistanı təslim olmağa vadar edəcəkdi. Elə də oldu. Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra “DQR” paytaxtı Xankəndinə itirmək təhlükəsi ilə üzləşdi. Bundan başqa, erməni separatçılarının Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Buna görə də deyə bilərik ki, Şuşanın işğaldan azad edilməsi amili Ermənistanı təslimiyyətə vadar etdi.

 

10 noyabr bəyanatı 

 

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları 10 noyabr bəyanatı mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bənzətmə üçün deyə bilərəm ki, İkinci Dünya müharibəsinin sonunda nasist Almaniyasının rəhbəri Adolf Hitler, Yapon imperatoru Hiroito, Faşist İtaliyanın rəhbəri Benito Musolini də Nikol Paşinyan kimi kapitulyasiya aktı imzalamışdı. Həmin kapitulyasiya aktlarına baxdıqda da 10 noyabr bəyanatı ilə bənzərlik açıqca görünür. Bu mənada döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident də İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Bu həm də onu göstərir ki, Azərbaycanın niyyəti heç də müharibə deyil. Yəni sülhə atılan hər bir addım Azərbaycan üçün məqbuldur.

Bəzən 10 noyabr bəyanatını 12 may 1994-cü ildə Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinə bəzədirlər. Bu düzgün yanaşma deyil. 10 noyabr bəyanatını kapitulyasiya aktı edən başlıca məqam isə bəyanatda Ermənistanın öz üzərinə öhdəlik götürməsidir. Misal üçün Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bəyanata uyğun olaraq bir güllə belə atılmadan işğaldan azad edildi.

Bu çox mühüm hadisədir. Çünki həmin ərazilər, xüsusilə də Kəlbəcər coğrafi olaraq sərt relyefə və iqlimə sahibdir. Müharibənin qışa doğru uzadılması bu ərazilərdə itkilərin sayını artıra bilərdi. Bu mənada qeyd edilən ərazilərin bir güllə belə atılmadan bəyanata uğun olaraq işğaldan azad edilməsi diplomatik qələbədir. Bu qələbə isə heç şübhəsiz ölkə başçısının payı yüksəkdir.

 

Ən mühüm amillərdən biri budur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad oldu. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürüb. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu gün də bu dəhlizin yaradılması üçün ciddi işlər gedir. Zəngəzur dəhlizi regionda aparılan 200 illik siyasətin fiaskoya uğraması deməkdir.

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk islam dünyası və beynəlxalq ticarət baxımında mühüm rola malikdir.

Birincisi, bu dəhliz Anadolu türkləri ilə Qafqaz, Mərkəzi Asiya türklərinin tək yol ilə gediş-gəlişini təmin edəcək. Yəni türk dünyasını bir-birinə qovuşduracaq.

İkincisi, Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində  dünya ticarət yolarının dənizlərdən yenidən quruya keçməsini və Azərbaycanın bu layihənin əsas kilit ölkəsi funksiyasına gətirəcək.

Onu da qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı müddəa 27 illik danışıqlar prosesin müzakirə mövzusu olmayıb. Zəngəzur dəhlizi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə son anda 10 noyabr bəyanatına daxil edilib. Bu mənada deyə bilərik ki, 10 noyabr bəyanatı Ermənistan üçün kapitulyasiya aktı, Azərbaycan üçün isə tarixi dipmlomatik qələbə sənədidir.

 

 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR