Makrona etiraz edənlər psixiatriya xəstəxanasına düşür

08:50 11-11-2021 | icon 126 | Maraqlı
Makrona etiraz edənlər psixiatriya xəstəxanasına düşür

Fransanın Normandiya bölgəsindəki Dieppe qəsəbəsində koronavirusla bağlı canlı yayımda sakinlərdən biri “Makrona istefa” deyə qışqırıb.

 

“France 2 “ kanalının aparıcısı narahatlıqla çəkilişə davam edib.

 

Fransa mətbuatında yer alan xəbərə görə, “Makrona istefa” deyən şəxs əvvəlcə polis tərəfindən saxlanılıb, daha sonra prokurorluğun göstərişi ilə psixiatriya xəstəxanasına aparılıb.

 

Adı açıqlanmayan etirazçının 2015-ci ildə Makron maliyyə naziri olarkən Dieppedəki şirkətinin iflasına görə Makrona qəzəbləndiyi bildirilib.

 

Milli Birlik Partiyasının lideri, ifrat sağçı Marin Le Pen “Twitter” hesabında hadisəyə reaksiya verib:

“İnanılmaz. Bu rejim qorxutmağa davam edir”.

 

İfrat solçu LFI partiyasının lideri Jan-Luk Melenşon da “məcburi psixiatriya” qərarının qəbuledilməz olduğunu və siyasi rəqibi Le Penin siyasətlərinin də buna təsir etdiyini bildirib.

 

Hələ namizədliyini açıqlamasa da, 2022-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşan Makron ona qarşı tənqidlərə dözmədiyi və dövlət qurumları vasitəsilə müxalifətin səslərini boğmağa çalışdığı üçün tənqidlərə məruz qalıb.

 

Sentyabr ayında ölkənin cənubundakı Lion şəhərinə səfəri zamanı Makrona yumurta atan etirazçı da prokurorluğunun göstərişi ilə məcburi psixiatriya xidmətinə yerləşdirilib.

 

Tuluza şəhərində bağçasındakı pankarta “Makronavirus” yazan şəxs polis tərəfindən saxlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA