“Kimi istəyirsiz şərləyin, bu yolla evinizə çörək aparın, amma…”

16:04 11-11-2021 | icon 407 | Siyasət
“Kimi istəyirsiz şərləyin, bu yolla evinizə çörək aparın, amma…”

Könül İsmayılova: “Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən bu zəfərimizə toxunmayın!”

 

2020-ci ildə Rusiya, Azərbaycan, Ermənistan arasında bağlanan 10 noyabr atəşkəs bəyanatından 1 il ötdü. Ardınca bu gün, yəni Ermənistanın imza atdığı kapitulyasiya aktının da bir ili tamam oldu. Bu sənədlərin necə icra edildiyi və bu 1 il ərzində hansı əhəmiyyətə malik olduğu siyasilər tərəfindən müzakirə edilməkdədir.

 

Siyasilər, eləcə də sosial şəbəkə insanları tərəfindən müzakirə edilən digər məsələ xaricdə yaşayan Sevinc Osmanqızının onlayn tv-də Azərbaycanın Zəfər gününü kölgələməyə yönəlik çıxışlarıdır.

 

Bu və digər məsələlərlə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib ki, 10 noyabr atəşkəs bəyantından 1 il ötsə də, görünən budur ki, Ermənistan silahlıları hələ də işğaldan azad etdiyimiz ərazilərimizdə təxribatlarla məşğuldur.

 

Partiya yetkilisi vurğulayıb ki, Ermənistana himayədarlığını gizlətməyən Rusiya Qarabağa yerləşdirdiyi sülhməramlılarını ya mandatlarına uyğun təlimatlandırmayıb, ya da bilərəkdən bu 1 ili erməni silahlılarına dəstək olmaqla başa vurdu:

 

“Bir il az vaxt deyil. Ancaq gəlin görək Rusiya ilə Ermənistan imzaladıqları üçtərəfli sənədin hansı maddəsini doğru-düzgün yerinə yetiriblər? O sənəddə yalnız Azərbaycan tərəf öz imzasına hörmət edir. Rusiya “bir əldə iki qarpız” prinsipiylə çaş-baş durumda. Yəni bir tərəfdən Türkiyə ilə isti münasibətlərə can atır, bir tərəfdən Ermənistan “kart”ını Qərbə uduzmaq istəmir, bir tərəfdən də Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq üçün çabalayır. Üstəlik Zəhgəzur dəhlizinin açılması qorxusunu da yaşayan Rusiya nəzərdə tutulan dövlət səviyyəli görüşlərdə masaya nə qoyacaq, bax bu da maraqlı və hardasa narahatdoğurucudur”.

 

K.İsmayılova hesab edir ki, istər Rusiyanın, istər Ermənistanın, istərsə də Minsk Qrupunun pozuculuq siyasətinə baxmayaraq, fakt budur ki, Azərbaycan qalibdir və qaliblər heç vaxt ittiham olunmur.

 

Siyasətçi xanım xaricdə yaşayıb kimlərsə tərəfindən idarə olunan bəzi “youtube” televiziya istifadəçilərinin Azərbaycanın maraqlarına zidd çıxışlarına da iradlarını bildirib:

 

“Bütün dünya Azərbaycanın Qarabağ zəfərindən danışır, bunlar isə erməni dəyirmanına su tökürlər. Sevinc Osmanqızı və onun ətrafı iddi edir ki, bu qələbə bayramı boşdur və guya Azərbaycan xalqı aldadılır və sair. Mən təəccübdə qalıram, azərbaycanlı olan kəs bu qədərmi öz ölkəsinə nifrət edər, bu qədərmi öz xalqının sevincini qısqanar, bu qədərmi şəhid ailəsini incidəcək tərzdə şəhidlərin ruhunu əzər, qaziləri aşağılayırmış kimi zəfərə kölgə salmağa çalışar. Axı ən azından bu yolda xalqın igid oğulları qurban getdi, can qoydu. Necə onların fədəkarlığını heçə saymaq olar?! Mən bu cür onlayn tv aparıcılarını şiddətlə qınayıram. Sözüm isə budur ki, kimi istəyirsiz şərləyin, bu yolla evinizə çörək aparın, amma şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən bu zəfərimizə toxunmayın!”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA