“Bu zəfərə kölgə salmaq, ermənilərin əlinə işləməkdir” - MÜSAHİBƏ

13:06 12-11-2021 | icon 208 | Siyasət
“Bu zəfərə kölgə salmaq, ermənilərin əlinə işləməkdir” - MÜSAHİBƏ

Fəzail İbrahimli: “Əsas məsələni həll edib, siyasi dominantlıq səlahiyyətini əldə etmişik

 

10 noyabr atəşkəs bəyanatının üzərindən keçən 1 il ərzində Ermənistan və Rusiya məlum bəyanatda nəzərdə tutulan müddəları yerinə yetirmədi. Üstəlik Ermənistan baş naziri Azərbaycanın “Zəfər Günü”ndə yerli mətbuata müsahibə verərək heç bir danışıqlarda iştirak etməyəcəyini bildirib. Ermənistanda Rusiya siyasətinə qarşı etirazlar baş qaldırıb. Görünən odur ki, Azərbaycan regionda sülh sazişinin imzalanması, kommunikasiyaların açılması istiqamətində nəticələr gözləsə də, Rusiya özünün region maraqlarını bizə “diqtə” etməyə çalışır, Ermənistan revanşist niyyətlərindən əl çəkmir.

 

Maraqlıdır, hazırda Rusiyanın vasitəçilik etdiyi region hadisələri hansı istiqamətə yön alıb və 1 ildən sonra icrasını gözlədiyimiz məlum müddüəlar nə vaxt yerinə yetiriləcək?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin spiker müavini Fəzail İbrahimli maraqlı nüanslara diqqət çəkib.

 

- Fəzail müəllim, məğlub Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atsa da, həmin sənəddə əksini tapan müddüəlar yerinə yetirilmir. Necə hesab edirsiz, regionda gedən proseslər bundan sonra hansı istiqamətdə inkişaf edəcək?

 

- 10 noyabr Azərbaycanın tarixinə qələbə yazan bir tarixdir. 200 ildən artıq müddətdə yaradılan “böyük ermənistan” ideologiyası Azərbaycanın 44 günlük zəfəri ilə məhv edildi. Paşinyan kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyanatı Ağdamın, Kəlbəcərin, Laçının bir güllə atılmadan işağalçılardan təmizlənməsi daha artıq şəhid verməyimizin qarşısını aldı. Bizim ordu bu torpaqları onsuz da döyüşərək alacaqdı. Amma bu bəyanatın imzalanması artıq qanın tökülməsinin qarşısı aldı. Məhz bu, 10 noyabr sazişinin cəmiyyətə verdiyi böyük uğur idi.

Ermənistanın baş naziri Paşinyan bu bəyanata ona görə imza atdı ki, Azərbaycan Ordusunun bir neçə saat ərzində Xankəndiyə daxil olaraq oranı da təmizləyəcəyini bilib qorxdu. O, kapitulyasiyaya imza atdı ki, manevr etmək imkanı yaransın.  Təbii ki, bunun da arxasında bir erməni məkri var. Çünki ermənidə təslim olmaq, hansısa sənədə imza atmaq mərdliyi yoxdur. Ermənilər həmişə xain, yaramaz, qorxulu addımlarla yaşayıblar. Təbii ki, Ermənistan bu kapitulyasiya aktına Rusiyanın vasitəçiliyi ilə imza atdı. Çünki Rusiya əlindən çıxmış Paşinyanı tərbiyə etmək, ona dərs vermək, “mənsiz sənin günün budur, 200 illik tarixdə bir dəfə sənin arxanda durmadım, bax aqibətin belə oldu”- dedi. Beləliklə Rusiya həm Paşinyanı qazandı, həm də 1992-ci ildə Azərbaycandan çıxarılan rus qoşunları indi də “sülhsevər” qüvvə kimi təzədən regiona qayıtdı. Rusiya bu prosesin təminatçısı kimi öz dərsini ortaya qoydu.

 

- Bəs indi Ermənistan baş nazirini “danışıqlara getməyəcəyik” ifadəsini işlətməyə nə məcbur edir?

 

- Onu belə danışmağa Ermənistandakı revanşist millətçi düşüncə sahibləri məcbur edir. Eləcə də kömək aldıqları Avropa, Amerika lobbiləri. Bir yandan da Fransa erməninin qulağna “möhkəm ol, dayan, biz ATƏT xəttini işə salaq” -deyə pıçıldıyırlar. Ona görə də Paşinyan ortada cərcənək qalıb. Ölkənin baş naziri olsa da, heç də qibtə olunacaq vəziyyətdə deyil.

Məlumdur ki, Paşinyanın siyasi əlehdarları hər fürsətdə ona qarşı kampaniyalar aparır. Əvvəlki hakimiyyət - Köçəryan, Sərkisyan - bu xalqın nifrətini qazandığı üçün xalq onları yox, məğlub baş naziri təzədən seçir. Burda Hitlerin “pis adamları görəndə itə hörmətim artır” prinsipi işləndi. Paşinyan müharibədə məğlub da olsa, xalq çox gözəl bilirdi ki, buna səbəb “Qarabağ klanı”nın özbaşınalığı, ordudakı korrupsiya, yalançı məğlubedilməz ordu mifi ilə xalqı talamalarıdır. Bunlar “Qarabağ kartı”nı ortaya qoyub onun üzərində özlərinin hakimiyyətini davam etdirdilər və xalq bunu anladı. Və Paşinyan fürsətdən istifadə edərək uddu. Amma indi çox çətin durumda qalıb. Bir tərəfdən Rusiyadan imtina edib Qərbə meyllənən Paşinyan başa düşdü ki, boynu Rusiyanın qoltuğundadır, vursa gözü çıxar. O biri tərəfdən də Avropa, Qərb erməniyə “sevgimiz bu qədərmiş?” mahnısını oxuyur.  Erməni lobbilərinin səbr kasası tükənib. Bu yaxınlarda Ermənistanda “rəd olsun Rusiya” şüarı altında keçirilən mitinq buna misaldır. Görünür ki, bu millət də hansı vəziyyətdə olduğunu başa düşür. Ona görə də hələ narahatdırlar, vurnuxurlar.

Ermənistan hakimiyyəti o klandan qurtulandan sonra dərk edir ki, Ermənistan nəfəs almalıdır, o yollar açılmalıdır. Ermənistan dünyadan təcrid olunaraq yaşaya bilməz. Düzdür, cənub qonşumuz onlara nəfəs verir, amma bu nə qədər davam edə bilər. Ermənistanın iqtisadiyyatı çöküb, siyasəti uğursuz, maddi durumu aşağı, insanların inamı sarsıyıb. Belə bir vəziyyətdə Ermənistanın bir yolu qalır - Azərbaycanın şərtlərinə uyğun olaraq adımlar atmaq. Unutmayaq ki, kafiri cəhənnmə döyə-döyə yollayırlar. Bu kafirləri də cəhənnəmə o cür yollayacağıq. Əminəm ki, Paşinyan gec-tez imzasına da riayət edəcək, o yol da çəkiləcək, Zəngəzur dəhlizi də açılacaq. Azərbaycan Prezidentinin dediyi kimi, bunu etməyəcək, etdirəcəyik.

 

- Fəzail müəllim, 10 noyabr bəyanatında göstərilən əsas müddüəlardan biri də silahlı ermənilərin ərazilərimizdən çıxarılması və köçkünlərin öz yurdlarına qaytarılmasıdır. Bu proses sülhməramlıların erməniləri o yerlərdə yerləşdirməsi ilə birtərəfli şəkildə icra olunur. Bəs bizim camaat öz yerlərinə nə vaxt köçürüləcək?

 

- Bütün bunların zamana ehtiyacı var. Zaman hər şeyi qaydasına qoyacaq. Əsas məsələni həll edib, siyasi dominantlıq səlahiyyətini əldə etmişik. Ermənilər ağır məğlubiyyətə düçar edilib. 200 ildən artıq bu milləti əsir edən “böyük ermənistan” ideologiyasının tabutuna sonuncu mismarı vurmuşuq. Azərbaycan Prezidenti öz sözünün arxasında durur, dediyi sözə, atdığı imzaya hörmətlə yanaşır. Çünki bu dövlətin, xalqın rəhbəridir. Xalq da çox gözəl bilir ki, onun rəhbəri nəyi harda edəcəyini çox gözəl bilir.

 

- İndi xaricdə onlayn işləyən, eləcə də daxildə olan radikal müxalifət qanadı, regionda bir çox məsələlərin bizim əleyhimizə işlədiyini, həll olunmadığını deyərək, “yalandan Dəmir Yumruq deyilir, ancaq heç bir iş görmürlər”-deyə hakimiyyəti qınayırlar. Bu barədə nə deyərdiniz?

 

- Ataların gözəl misalı var, deyir, “canavara nə qədər yem versən, yenə meşəyə baxar”. Çünki bu onun xislətidir. Əqrəbə də nə qədər bal versən, zəhərə çevirir. Belə danışanlar da çörəyini bundan qazanır, o yol qazanc yoludur. Orda vətənpərvərlik, mlli qürur, vətən sevgisi yoxdur, orda ancaq başqalarının düşüncəsini gündəmə gətirib, yaşamaq var. Bu boyda zəfərdən sonra 92-ci ilin hakimiyyəti dövründə ermənilərə təslim edilən Şuşadan hərbi qüvvələri çıxardıb Milli Məclisin ətrafına yığan insanların susması çox böyük uğur olardı.  Bu zəfərə kölgə salmaq, ermənilərin əlinə işləməkdir və məyyusluğudur. Çünki onların düşüncəsi, fəaliyyəti qapandı.  Arzusu gözündə, istəyi də ürəyində qalıb, ona görə də çabalamalıdırlar. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"