Sülhməramlıların anti-Azərbaycan davranışlarına sərt təpki

09:12 13-11-2021 | icon 190 | Müharibə
Sülhməramlıların anti-Azərbaycan davranışlarına sərt təpki

“Son günlər və son dövrlər Qarabağda və ətraf yerlərdə baş verənlər hər kəsi dərindən narahat edir. Mənə elə gəlir ki, baş verənlər daha müəmmalıdır və görünənlər proseslərin çox səthi bir hissəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Qarabağda cərəyan edən bəzi hadisələr barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, belə davam edəcəksə, çox xoşagəlməz hadisələr baş verə bilər: 

 

“Zatən, biz artıq neçə müddətdir ki, həm deyirik və həm də sübut edirik ki, nə qədər ki, ərazilərimizdə erməni silahlıları qalıb, hər an onların təxribatları baş verə bilər və necə ki, baş verir. Ona görə ki, Rusiya sülhməramlı kontingenti adı altında bölgədə müvəqqəti məskunlaşan qüvvələr, deyəsən, nə üçün gəldiklərini unudub və tamam başqa işlərlə məşğuldurlar. Nəzərə alsaq ki, hərbçilər əmri yerinə yetirirlər, deməli, yuxarı komandanlıq belə davranmağı əmr edib və onlar da verilən göstərişlərdən kənara çıxmırlar”.

 

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

 

Ü.Cəfərovun qənaətincə, bu, artıq onu deməyə əsas verir ki, baş verənlərə görə ermənilərdən daha çox Rusiya tərəfi məsuliyyət daşıyır: 

 

“Mən hətta bir qədər dərinə gedərək belə bir fikir səsləndirmək istəyirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi özünü çox qeyri-səmimi və saymazyana aparır. Onlar ötən il bölgəyə gələndə mələk simasında özlərini göstərirdilər, indi isə artıq tam fərqli bir davranış nümayiş etdirirlər. Bunun ağır bədəlini bədbəxt ermənilər yenə ödəməli olacaqlar. Biz belə dözülməz vəziyyətlə uzun müddət barışa bilmərik. Artıq çox şey cızığından çıxmış kimi görünür”.

 

Rus sülhməramlılarının Qarabağda xiyaban yaratması, burada heykəllər qoymasına etirazını bildirən polkovnik qeyd etdi ki, Xocalı kimi müqəddəs bir məkanımızda hansısa kilsənin və rus abidələrinin qoyulması bizə çox böyük sataşmaqdır:

 

“Bizə 366-cı rus alayından sonra belə sataşan olmamışdı. Bu məsələyə aydınlıq gətirilməlidir. Rus-erməni rəhbərliyi bəzi hərəkətlərini qəsdən edir və bununla da bizə qarşı çox qıcıqlandırıcı addımlar atırlar. Biz Rusiyanı bölgəyə dəvət edəndə belə danışılmamışdı və razılaşdırılmamışdı. Ən azından inanmıram ki, Xocalı ilə bağlı belə bir addıma bizim tərəf razılıq vermiş olsun. Xeyli müəmmalar var ki, onlara Rusiya tərəfi aydınlıq gətirməlidir. Azərbaycan cəmiyyəti rusların bu davranışlarını əsla qəbul etmir və etməyəcək”.

 

Qeyd edək ki, bu arada İrəvandan müəmmalı açıqlamalar da gəlməkdədir. Ermənistan və Azərbaycan bu iki respublikanın və Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistandan keçməklə Naxçıvana avtomobil yolunun ayrılması imkanları müzakirə olunur.

Virtulaz.org xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün yerli İctimai televiziyaya müsahibəsi zamanı belə deyib. Armen Qriqoryan Ermənistanın Azərbaycana belə yol ayırmağa hazır olduğunu bildirib. “Əgər Azərbaycan ancaq Naxçıvana yol istəyirsə o zaman Xındzoresk (Zəngəzurun indiki Ermənistan ərazisində yerləşən, Gorus rayonuna aid olan Xinzirək kəndi-red.)-Biçənək (Şahbuz rayonunun Biçənək kəndi-red.) yolundan istifadə etmək məqsədəuyğundur. Bunun əvəzində biz Xındrozesk-Horadiz yolundan istifadə imkanı əldə edirik. Lakin bu məsələlər hələ müzakirə olunur”, - o deyib.

 

Bəs Xinzirək-Biçənək yolu nədir, haradan keçir? Bu yol Zəngəzur dəhlizi olaraq Azərbaycan üçün nə dərəcədə məqbul ola bilər?

 

Xınzirək-Biçənək yolundan istifadə etmək məqsədəuyğundur” – Qriqoryan -  Bixeber.az

 

Söhbət hələ sovet dövründə mövcud olan avtomobil yolunun bir hissəsindən gedir. Bu yol Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsindən başlamaqla  (Bəhramtəpə-Horadiz yolu)  və Qubadlıdan keçməklə (Zəngilana daxil olmadan) Laçın şəhərinə, oradan Ermənistanın Gorus rayonunun Tex və Xinzirək kəndlərinə aparır, daha sonra Gorus şəhərinin yaxınlığından keçərək Naxçıvanın Şahbuz rayonuna, Biçənək kəndinə (Biçənək aşırımından keçməklə) birləşir. Daha sonra həmin yolla Şahbuz rayon mərkəzindən  keçməklə Naxçıvan şəhərinə getmək olar. Başqa sözlə, indiki halda erməni tərəfinin təklif etdiyi bu yoldan istifadə etmək üçün əvvəlcə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi zolağına daxil olmaq, oradan isə Ermənistanın Gorus rayonu ərazisindən keçməklə Şahbuza getmək lazım gəlir. Azərbaycan isə Zəngəzur dəhlizi olaraq daha əlverişli və qısa marşrut-Mincivan-Ordubad dəmir yolu boyu uzanan və Zəngilanın Ağbənd qəsəbəsini Ordubadla birləşdirən, Nüvədi kəndindən keçən cəmi 40 kilometrlik marşrut təklif edir. Bu marşrut Ermənistanın İranla sərhədi boyu uzanır. Hansı ki, erməni tərəfinin təklif etdiyi marşrut həmin marşruta nisbətən bir neçə dəfə uzundur. Və nəticədə iqtisadi və coğrafi baxımdan sərfəli deyil. Zəngəzur dəhlizi dedikdə isə təkcə Azərbaycanı onun eksklav ərazisi Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda beynəlxalq tranzit əhəmiyyəti daşıyan, İranı və Rusiyanı da Türkiyə ilə birləşdirən marşrutdan söhbət gedir.

 

Deputat Ceyhun Məmmədov hesab edir ki, bu, bir neçə səbəblə bağlı ola bilər: 

“Əvvəla, Ermənistan Zəngəzur dəhlizini özü üçün təhlükə görür. Dəhlizin açılması türk birliyinin güclənməsinə, Ermənistanın daha da zəifləməsinə gətirib çıxara bilər. Burada digər bölgə ölkələrinin təsiri də rol oynayır. İkinci tərəfdən, Ermənistanın daxilində Zəngəzurla bağlı müxtəlif yanaşmalar var. Müxalifət bu məsələdən hakimiyyət əleyhinə istifadə edir”.

 

Ceyhun Məmmədov medalla təltif edilib

  

C.Məmmədovun fikrincə, yeni marşrutun təklifi həm də müxalifəti neytrallaşdırmaq məqsədi daşıyır: 

“Hesab edirəm bu, sərfəli marşrut deyil və mövcud marşrutu daha uzun edir və daha ağır relyefdən keçməsinə səbəb olur. Ermənistan 10 noyabr razılaşmasını icra etməlidir. Bu marşrut həm də heç bir tərəf üçün sətfəli deyil. Sovet dövründəki ənənəvi marşrut bərpa olunmalıdır”.

 

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, ermənilər belə bir mürəkkəb marşrutu təklif etməklə əvvəlcədən məsələnin uzun müzakirələrə səbəb olacağını, sonda isə iqtisadi və digər səbəblərdən reallaşdırılması çətin olacağını bildikləri üçün belə bir çətin təklifi səsləndiriblər:

“Ermənistan var gücü ilə ”sağ qulağlarını sol əli ilə qaşımağa" cəhd edir. Naxçıvana daha asan və əlverişli marşrut mümkün olduğu halda bu təklif sadəcə danışıqların uzadılmasına və sonra nəticəsiz baş tutmasına hesablanıb. Biz yaxın vaxtlarda son dərəcə ayıq və diqqətli olmalıyıq ki, bəzi məsələləri Ermənistan və havadarları bizim ziyanımıza istifadə etməsinlər". /"Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA