Millimiz liderlik üçün Macarıstanla qarşılaşacaq

11:23 15-11-2021 | icon 110 | İdman
Millimiz liderlik üçün Macarıstanla qarşılaşacaq

Sloveniyanın Bejitse şəhəri yaxınlığında yerləşən Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün IV turun görüşləri keçiriləcək.

 

Versus.Az xəbər verir ki, ilk üç turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Macarıstanla qarşılaşacaq.

 

Hazırda hər iki komanda hərəyə altı xalla ilk iki pillədə yer alıb. Yalnız millimiz əlavə əmsallara görə liderdir.

 

Qadın yığması isə Almaniya ilə üz-üzə gələcək. Bu komandalar isə hazırda dörd xala malik səkkiz ölkə ilə birlikdə 5-12-ci yerlərdə qərarlaşıb.

 

Qeyd edək ki, bundan öncəki III turda kişilərdən ibarət komandamız Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadın millimiz isə Gürcüstana uduzub – 1:3.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA