“Daha siyasi təlatümlər yaratmağa ehtiyac yoxdur”

15:36 29-11-2018 | icon 216 | Siyasət
“Daha siyasi təlatümlər yaratmağa ehtiyac yoxdur”

 

Razi Nurullayev: “Hər siyasətçinin bir zamanı var, o sürəni doldurdusa və getdisə, geri qayıtması təlatümlər yaradar”

 

 

“Gürcüstanın sabitlik və vətəndaş həmrəyliyi ilə çətinlikləri yola verəcəyinə və Azərbaycanla münasibətləri daha da dərinləşdirəcəyinə inanıram”.

 

Bunu Versus.Az-a Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri bildirib ki, xanım Salome Zurabişvilinin Qafqaz regionu tarixində ilk qadın prezident olaraq seçilməsi Gürcüstan üçün fəxrdir və onlar üçün bu fakt dünya miqyasında daha geniş siyasi və iqtisadi imkanlar açacaq:

 

“Azərbaycan siyasətçiləri olaraq bizim də görüb-götürməyimiz yaxşı olar. Bu, əslində bizim ölkə üçün də önəmli haldır. Azərbaycan siyasi və iqtisadi islahatları daha da genişləndirməli və liberal cəmiyyət qurulması üçün konkret işlər görməlidir. Gürcüstan dünyaya demokratik cəmiyyət quruculuğunu və deyərdim ki, Baltikyanı ölkələr nümunəsini göstərir. Bu o anlama gəlir ki, Gürcüstanda insanların rifah halı yaxın bir nçə il ərzində sürətlə dəyişəcək və onlar bizdən önə çıxa biləcəklər”.

 

Razi Nurullayevin fikrincə, bu seçkilərdən sonra Gürcüstan iqtisadiyyatına xarici yatırımlar ən azı iki dəfə artım göstərəcək:

 

“Avropa Birliyi və ABŞ Gürcüstanın bütün yönlərdə inkişafı üçün proqramlar təqdim edəcək. Atıq bunun təzahürləri də var. Azərbaycan regional mərkəz rolunu itirmək təhlükəsi ilə üz-üzədir. Beynəlxalq təşkilatlar, sərmayəçilər, banklar və maliyyə institutları Tiflisdə yerləşməyə üstünlük verəcəklər. Bunun ilk işartısını da Norveç səfirliyinin timsalında gördük. Gürcülər doğru yoldadır və bu yolda onlara uğurlar arzulayıram”.

 

Mixail Saakaşviliyə münasibətinin heç zaman pis olmadığını vurğulayan partiya sədri hesab edir ki, bütün hallarda geriyə dönüş doğru olmaz:

 

“Hər siyasətçinin bir zamanı var, o sürəni doldurdusa və getdisə, yenidən geri qayıtmaq cəhdi ölkəni təlatümlərə sürükləmək anlamına gəlir. Saakaşvili yeni Gürcüstan qura bildi. Amma ondan sonra gələnlər onu yeni mərhələyə daşıya bildilər. Bu gözəldir, daha siyasi təlatümlər yaratmağa ehtiyac yoxdur”.

 

Gürcüstanla Azərbaycan arasında münasibətlərin bundan sonra hansı müstəvidə cərəyan edəcəyinə gəlincə, AXCP sədri Gürcüstanın sabitlik və vətəndaş həmrəyliyi ilə çətinlikləri yola verəcəyinə və Azərbaycanla münasibətləri daha da dərinləşdirəcəyinə inandığını vurğulayıb:

 

“Münasibətlərimizdə müəyyən çatışmazlıqlar var və bu, Gürcüstan tərəfindən qaynaqlanır. Azərbaycan hər zaman Gürcüstanın yanında olub, dar günündə qardaş əlini uzadıb. Gürcüstan xalqının və siyasi elitasının bunu daha yükəsk səviyyəıdə dəyərləndirməsini istərdim”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib