"Düşmənə adekvat cavab verilməlidir"

12:45 15-11-2021 | icon 230 | Siyasət
"Düşmənə adekvat cavab verilməlidir"

Nizami Verdiyev: "Ermənilər cəzalandırılmayanadək bu təxribatlar davam edəcək"

 

“Bu hadisə ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir". 

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

 

Partiya funksioneri vurğulayıb ki, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər:

 

“Bu kimi hadisə gələcəkdə də oxşarlarının təkrar olunacağını deməyə əsas verir”.

 

Nizami Verdiyev hesab edib ki, düşmənə adekvat cavab verilməlidir:

 

“Bu birinci dəfə deyil. Son bir həftə ərzində bir neçə  dəfə təxribat cəhdi olub. Fikrimcə, antiterror əməliyyatlara başlanmasının vaxtıdır. Ermənilər cəzalandırılmayanadək bu təxribatlar davam edəcək. Ermənilər Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini istədikləri kimi aparırlar. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

 

N.Verdiyev qeyd edib ki, bu məsələlər tezliklə həllini tapmalıdır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR