Şəkidə dələduz ƏLƏ KEÇDİ

14:16 15-11-2021 | icon 114 | Hadisə
Şəkidə dələduz ƏLƏ KEÇDİ

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, “Instagram” sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1 450 manat pul alıb.

 

O, zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1 450 manatın qarşılığında ona 2 500 manat qaytaracağını vəd edərək aldadıb.

 

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. E.Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə nazirliyin “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA