Nazirlikdən XƏBƏRDARLIQ

14:23 15-11-2021 | icon 179 | Sosial
Nazirlikdən XƏBƏRDARLIQ

“Günəşli yaylasından Zığa tərəf uzanan yamac boyu tikintilərin qarşısı alınmalıdır. Çünki yamac kəsiləndə, süxurların dayanıqlılığı itir və sürüşmə prosesləri aktivləşir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

Onun sözlərinə görə, Zığ köhnə sürüşmə zonasıdır, mövsümdən asılı olaraq yağışlar artan kimi orada proseslər aktivləşir.

 

Ə.Əliyev qeyd edib ki, Suraxanı Rayon İcra Hakimiyyətinin məktubu əsasında Nazirlər Kabinetinin göstərişi ilə orada müvafiq araşdırmalar aparılıb və rəy verilib. Amma müəyyən çatlar var və mövsümlə əlaqədar dinamik dəyişikliklər baş verir:

 

“Evlərdə əvvəlcədən çatlar var idi. Davamlı olaraq bizə hər ay 3-4 şikayət məktubu gəlir. Biz də həmin şikayətləri araşdırırıq.

Təbii ki, orda müəyyən bərkidilmə işləri görülüb və görülməkdə də davam edir. Tikinti işlərinin aparılmasına görə rəyi biz vermirik. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Sadəcə həmin ərazinin sürüşmə zonası olub-olmamasını müəyyənləşdiririk. Hətta Nazirlər Kabinetinə ünvanladığımız sonuncu məktubda görülməli olan tədbirlər siyahısında ilk növbədə qeyd etmişik ki, burada yamac kəsilmələrinin qarşısı birmənalı olaraq dayandırılmalıdır. Bu haqda dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyəti də məlumatlandırılıb.

Günəşli yaylasından Zığa tərəf uzanan yamac boyu tikintilərin qarşısı alınmalıdır. Çünki yamac kəsiləndə, süxurların dayanıqlılığı itir və sürüşmə prosesləri aktivləşir. Həmçinin sürüşmənin qarşısının alınması üçün kanalizasiya şəbəkələrindən su axını dayandırılmalı, drenaj yolu ilə yeraltı və texnogen sular toplanılmalıdır. Lakin işlərin icrası nazirliyin səlahiyyətində deyil. Davamlı olaraq görülməli tədbirlər barədə müvafiq qurumlar məlumatlandırılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”