“Türk dövlətlərinin özünəməxsus təşkilatının yaranması arzuolunandır”

17:00 13-11-2021 | icon 300 | Siyasət
“Türk dövlətlərinin özünəməxsus təşkilatının yaranması arzuolunandır”

Könül İsmayılova: “Dünya da görür ki, Azərbaycana ən çox dəstək verən ölkə məhz qardaş Türkiyədir”

 

Xəbər verdiyimiz kimi, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü artıq başa çatıb. Bu görüş bir sıra yenilikləri ilə yadda qaldı. Tədbir zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı adı ilə əvəzləndi.

 

Zirvə görüşündəki bu və digər yenilikləri Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova toplantıda verilən mühüm qərarlara diqqət çəkib.

 

Siyasətçi xanım bildirib ki, qurumun adının dəyişdirilməsi ilə yanaşı həm də onun statusunun dəyişdirilməsi bir çox üstünlüklərdən xəbər verir:

 

“Hesab edirəm ki, qurumun adının Türk Dövlətləri Təşkilatı olması gələcəkdə Avropa İttifaqı kimi bir qurumu kölgədə qoyacaq. Heç şübhə etmirəm ki, bunda xüsusilə Türkiyə və Azərbaycan daha maraqlı olacaq. Həqiqətən də, türk dövlətlərinin özünəməxsus təşkilatının yaranması arzuolunandır".

 

Könül İsmayılova Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsini də yüksək dəyərləndirərək, bunun ölkə başçısının bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətləri ilə əlaqələndirib. Onun fikrincə, bundan sonrabelə bir medalı əldə edəcək türk lideri ən azından 44 günlük müharibə bənzəri bir zəfər əldə etməlidir:

 

“Ölkə başçısı çıxışında özü də qeyd etdi ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Bu sözlərdə xalqımızın qəhrəmanlığı özünü əks etdirir. Prezident dövlət-xalq birliyinin qazandığımız qələbədəki önəmini vurğulamış oldu. Onu da deyim ki, İlham Əliyev bu medalla həm də təşkilat daxilində real döyüş görmüş, müharibəyə komandanlıq etmiş tək lider ünvanına sahib oldu”.

 

K.İsmayılova bildirdi ki, Azərbaycan və Türkiyə arasındakı birlik, həmrəylik bundan sonra daha da güclənəcək, möhkəmlənəcək:

 

“Türk dövlətlərinə düşmən olan dövlətlər bu birliyə mane ola bilməyəcəklər. Düzdür, Azərbaycan daxilində Rusiya yönümlü, Qərbyönümlü qüvvələr var ki, bu qardaşlıq və dostluğu pozmaq üçün çox çabalayır, amma cənab Prezidentin də dediyi kimi, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Biz də MMP olaraq daim dövlətimizin siyasi kursunu dəstəkləyir, qardaş ölkənin yanındayıq. Dünya da görür ki, Azərbaycana ən çox dəstək verən ölkə məhz qardaş Türkiyədir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?