“Rusiya delimitasiya və demorkasiya prosesini istəmir”

08:45 16-11-2021 | icon 109 | Siyasət
“Rusiya delimitasiya və demorkasiya prosesini istəmir”

Natiq Miri: “Azərbaycan əsgərinə atəş açılıbsa, ordumuz dərhal cavab verilməli idi”

 

Noyabr ayında Ermənistanın “sülh sazişi masası”nda oturdulacağı gözlənildiyi halda, erməni təxribatları yenidən baş qaldırıb. Ermənistan sərhədlərin delimitasiya və demorkasiyası prosesindən geri çəkilir və silahlı təxribatlar törətməkə Azərbaycanı hədəfindən yayındırmağa səy göstərir. Bu prosesdə toqquşmaların miqyası genişlənə bilərmi və reallıq Azərbaycanın “Laçın dəhlizi”ndə sərhəd postunu qurmasını nə dərəcədə yaxınlaşdırır?

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Miri şərhində bildirib ki, törədilən hərbi təxribatların arxasında revanşist qüvvələr və bilavasitə Rusiyanın maraqları durur.

 

Politoloq Azərbaycan ərazilərində - Qarabağ və Şuşa ətrafında baş verən təxribat hadisələrinin məhz Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin görüşü ərəfəsində baş verməsini təsadüfi saymayıb:

 

“Məlum görüşdə sərhədlərin müəyyənləşməsi və bəzi kommunikasiyaların açılması ilə bağlı razılaşmaların olacağı gözlənilirdi. Belə bir ərəfədə Ermənistanda Köçəryan və Sarkisyanın rəhbərliyi altında etiraz aksiyalarına başlanması da, danışıqların qarşısının alınmasına yönəlir. Nikol Paşinyan isə bu vəziyyətdən sui-istifadə edir. Çünki belə bir sənədə imza atmaqla xalqı özünün əleyhinə qaldırmaq istəməz. Ona görə də, Ermənistan görüş olarsa yalnız kommunikasıyaların açılması ilə bağlı məsələlərin müzakirə olunmasına iddia etdi. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki böyük sülh sazişinə aparan yolda birinci növbədə sərhədlərin müəyyənləşməsi, delimitasiya və demorkasiya,  kommunikasiyaların açılması və Qarabağda olan erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması həyata keçirilməlidir. Bu, həm də birbaşa 10 noyabr bəyanatından irəli gəlir.  Ona görə də Azərbaycan sadəcə görüş xatirinə görüş keçirdib prosesə süni beynəlxalq imic qazandırmaq istəmir. Azərbaycan Nikol Paşinyana zaman da vermək istəmir. Azərbaycan “ya bütün məsələlərdə razılığa gəlinəcək, ya da görüş xatirinə görüş ola bilməz”- istəyini ortya qoyub”.

 

Rusiyanın Ukrayna ilə sərhəddə 100 minlərlə qoşun yeritdiyini və raket sistemləri yığdığını qeyd edən N.Miri Belarus-Polşa sərhədlərində miqrantların daşınması ilə bağlı ajotajın baş verməsinə toxunub. O, bütün dünyanın- Avropa Birliyi və ABŞ-ın diqqətinin Belarus-Polşa sərhəddinə yönəlməsi prosesinin arxasında Rusiyanın durmasına diqqət çəkib:

 

“Bu ərəfələrdə Şuşa ətrafında törədilən terror hadisələrinin də arxasında Rusiya dayanıb. Azərbaycan əsgərlərinə doğru atılan qumbara hadisəsindən sonra erməni terrorçusu dərhal zərərsizləşdirməli idi. Bu hadisə Laçın, Xankəndi və Şuşa yolunu bir – birinə bağlayan ərazidə baş verib. “Laçın dəhlizi” Azərbaycan ərazisidir. Azərbaycan ərazisində törədilən hadisəyə Rusiya hərbçiləri hökm verə bilməz. Çünki Azərbaycan əsgərinə atəş açılıbsa, Azərbaycan ordusu dərhal cavab verilməli idi”.

 

Politoloq vurğulayıb ki, Ermənistanda verilən “sülh erası” bitdi açıqlamaları boğazdan yuxarı deyilən sözlərdir. Onun fikrincə, “sülh erası”nın bitməsinin alternativi terror, müharibədir. Lakin Ermənistanın Azərbaycan Ordusu ilə müharibə aparacaq gücü yoxdur:

 

“Nikol Paşinyan özünün qurbanlıq keçisini təqdim etdi və bundan sonra olacaqlar bəllidir. Artıq erməni ictimaiyyəti də anladı ki, heç bir revanşist, boğazdan yuxarı fikirlər Ermənistanı Azərbaycanın əlindən ala bilməz. Erməni ictimaiyyəti və hökuməti bu prosesin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini anlamış oldu. Əgər həqiqətən anladılarsa bundan sonra prosesin rəvan gedəcəyini söyləmək olacaq. Əks təqdirdə  regionda hakim Rusiya olacaqsa Ermənistan-Azərbaycan arasında münasibətlər tənzimlənməyəcək. Çünki Rusiya delimitasiya və demorkasiya prosesini istəmir. Kommunukasiyaların açılması  prosesi ilə zaman qazanmaqla Azərbaycanda qalıcılığını artırmaq istəyir. Rusiya dominant olduqca prosesləri irəliyə aparmaq mümkün olmayacaq.  Rusiyanı tədricən prosesdən uzaqlaşdırmaq, məsələləri Ermənistanla ikitərəfli müzakirə predmetinə çevirməyə ehtiyac var”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA