Son 10 ayda 84 kişi zorakılıqla üzləşib

10:36 18-11-2021 | icon 134 | Cəmiyyət
Son 10 ayda 84 kişi zorakılıqla üzləşib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin sentyabr ayınadək qurumun “Qaynar xətti”nə daxil olan müraciətlərin təhlilini aparıb.

 

Dövlət Komitəsindən verilən məlumata görə, müraciətlər bir neçə meyara əsasən araşdırılıb.

 

Bildirilib ki, bu meyarlara zəng edənin cinsi, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, üzləşdiyi zorakılığın növü, hansı bölgədə yaşadığı, yaşı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir.

 

Belə ki, ötən ilin dekabrın 1-dən bu ilin sentyabrın 30-dək olan müddətdə qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, zəng edənlərin əksəriyyəti qadınlardır.

 

Komitə sözçüsü qeyd edib ki, bu müddət ərzində ümumi 359 zəng edəndən 275-i qadın, 84-ü isə kişi olub:

“Ailə vəziyyətlərini təhlil edərkən məlum olub ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 197 nəfər evli, 130 nəfər subay, 32 nəfər isə boşanıb. Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub. Onlardan 262 nəfər orta təhsilli, 80 nəfər ali təhsilli, 17 nəfər isə təhsilsizdir. Məlum olub ki, zəng edənlərin əksəriyyəti işsizdir. Bunlardan 247 nəfər işsiz, 112 nəfər işi olan şəxslərdir”.

 

Qeyd edilib ki, zəng edənlərin əksəriyyəti psixoloji, iqtisadi, fiziki, cinsi zorakılıq növləri arasından psixoloji və fiziki zorakılığa məruz qalanlar olub:

“Həmçinin zəng edənlərin əksəriyyəti Bakıdan zəng edənlər olub. 230 nəfər paytaxtdan, 129 isə nəfər isə digər bölgələrdən olub. Ümumi zəng edənlərin əksəriyyəti 18-35 yaş arasındadır. 359 nəfərin 165-i 18-35 yaş, 121-i 35-56 yaş, 55-i 56 yaşdan yuxarı, 18-i 0-18 yaş aralığına aid olub.

 

Zəng edən 84 kişidən 33-ü 18-35 yaş, 34-ü 35-56 yaş, 14-ü 56 yaşdan yuxarı, 3-ü isə 0-18 yaş aralığına aiddir. Zəng edən 275 qadından 132-i 18-35 yaş, 87-i 35-56 yaş, 41-i 56 yaşdan yuxarı, 15-i 0-18 yaş aralığına aid olub. Həmçinin zəng edənlərin əksəriyyəti məişət zorakılığından zərərçəkən və vətəndaş mövqeyi göstərən şəxslərdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"