54 yaşlı kişini qətlə yetirənlər tutuldu

15:35 18-11-2021 | icon 126 | Hadisə
54 yaşlı kişini qətlə yetirənlər tutuldu

Samux rayonunda qətl törədən şəxslər tutulub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, noyabrın 11-də rayonun Sərkar kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov tutularaq istintaqa təhvil veriliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Yük maşını YPX avtomobilinə çırpıldı

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakıda Zəfər avtoyürüşü

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

"Ermənistan Rusiyaya mesaj verir ki..."