Vətəndaşlara saxta əlillik vədi verən iki nəfər həbs olunub

14:20 19-11-2021 | icon 190 | Hadisə
Vətəndaşlara saxta əlillik vədi verən iki nəfər həbs olunub

“Saxta əlilliklərin aşkarlanması prosesi davam edir. Bəzən vətəndaşlar tərəfindən hansısa şəxsin saxta əlillik almasına dair məlumatlar alırıq. Artıq vətəndaşlara saxta əlillik dərəcəsi verməyi vəd edən iki nəfər həbs olunub, onlar barəsində cinayət işi açılıb”.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, artıq vətəndaşlar əlilliyi olmayan şəxslərin əlillik üçün müraciətinə ictimai qınaq nümayiş etdirərək bunun qarşısını alırlar:

 

“Bu gün bu məsələyə cəmiyyətdə də münasibət dəyişib. Həmin şəxslər bu reaksiyanı görərək cəhdlərindən geri dönürlər. Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Agentliyimiz tərəfindən müvafiq məlumatlar verildi və bir əməliyyat həyata keçirildi. Baş İdarə tərəfindən iki dəllallıqla məşğul olan vətəndaş aşkarlandı və həbs olundu. Onlar barəsində cinayət işi açılıb. Bu dəllallar vətəndaşlara saxta əlillik düzəltməyə vəd veriblər. Vətəndaşlardan xahiş edirik ki, bu kimi insanların vədlərinə inanmasınlar. Çünki əlilliyi olmayan şəxslər heç bir yolla əlillik statusu ala bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"