Əlillik müddəti bitmiş şəxslərə MÜRACİƏT

14:25 19-11-2021 | icon 207 | Cəmiyyət
Əlillik müddəti bitmiş şəxslərə MÜRACİƏT

"Bəzən əlillik müddəti bitən şəxslər yoxlanışdan keçməyi unudurlar"

 

“Bəzən əlillik müddəti bitən şəxslər komissiya yoxlamasından keçməli olduqları müddəti unudurlar. Çalışsınlar, o müddəti qaçırmasınlar, nəzarətdə saxlasınlar”.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, bunun da obyektiv səbəbləri var:

 

“Bir daha müraciət edirəm ki, şəxslər əlillik müddəti bitməmiş tibb müəssisəsinə müraciət etməlidir, müraciət rəsmiləşdirilərək aidiyyəti üzrə komissiyaya göndərilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna müvafiq dəyişiklik aparılıb. Həmin dəyişikliyə əsasən, əlilliyi olan şəxslər hətta 6 ay sonra təkrar müraciət etsələr, onların əlilliyi ötən əlilliyin bitmə tarixindən rəsmiləşdirilir. Bu da o deməkdir ki, təyin olunduğu gündən deyil, əlilliyin müddətinin bitdiyi gündən əlillik təyinatı gedəcək. Həmin o 6 ay itirilmiş dövrün müavinətini də , təqaüdünü də həmin şəxs alacaq. Qanuna edilən dəyişiklik vətəndaşın rifahının yaxşılaşdırılmasına yönələn addımdır”.

 

A.Bayramov qeyd edib ki, ümumilikdə son 3 ildə 900 hüquq-normativ akta dəyişiklik edilib. Sosial təminat üzrə ödənişlər isə 60 faiz artıb, söhbət 2,4 milyard manatdan söhbət gedir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"