"Ermənistan yelkənsiz qayıqdır, çırpınır"

14:38 19-11-2021 | icon 241 | Siyasət
"Ermənistan yelkənsiz qayıqdır, çırpınır"

Fuad Əliyev: "Rusiya Azərbaycandan ehtiyatlanıb Ermənistana dəstək durmayacaq"

 

"Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın “əgər Rusiya Ermənistana yardım etməsə, onda İrəvan başqa variantlar axtaracaq” ifadəsi şantaj və həddədir".


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.


ALDP sədri bildirib ki, Ermənistan Rusiyadan asılı vəziyyətdə qalsa da, dara düşəndə rəsmi Kremli şantaj edir:

 

"Bu Ermənistanın adətidir, Azərbaycanın ayaqlarına salınanda Moskvaya yalvarır. Moskva bu məsələdə bir daha Ermənistana dayaq dura bilmir, bunu Paşinyan hakimiyyəti də yaxşı başa düşür. Amma yenə də ümidlidirlər ki, Moskva İrəvana dəstək duracaq, inanmıram".


Fuad Əliyev onu da vurğulayıb ki, Rusiya Azərbaycandan ehtiyatlanıb Ermənistana dəstək durmayacaq:

 

"Ermənistan hərdən üzünü Qərbə tutub, amma Rusiya onu cəzalandırıb. İndi bu dəfə Ermənistan KTMT-dən çıxacağı ilə rəsmi Moskvaya meydan oxuyur. Nə qazanacağını, nə itirəcəyini isə hələ anlamır. Ermənistan yelkənsiz qayıqdır, çırpınır. Bu gün Ermənistan Rusiyanın çətiri altındadır, buna da şükr etməlidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?