“Rusiya istəsə sülh prosesinin tənzimlənməsində öz təsirini göstərə bilər”

09:24 20-11-2021 | icon 411 | Siyasət
“Rusiya istəsə sülh prosesinin tənzimlənməsində öz təsirini göstərə bilər”

Çingiz Qənizadə: “Sülhməramlıların Qarabağda olması hər hansı bir statusla müəyyən olunmayıb”

 

“Sülhməramlıların hüquqi statusunun indiyə qədər müəyyən olunmamasının müxtəlif səbəbləri var. Ola bilər ki, Rusiya regionda daha çox qalmaq üçün nələrsə istəyir, Azərbaycan isə bununla razılaşmr. Ona görə də rus sülhməramlılar ermənilərin müəyyən özbaşınalıqlara göz yumur, erməni təxribatçılarını dəstəkləmkdə maraqlıdırlar”.

 

Versus.Az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə  “Sülhməramlı” anlayışı və hazırda Qarabağda olan rus sülhməramlılarının qeyri-müəyyən mandatı ilə bağlı açıqlamasında bildirib.

 

Ç.Qənizadə qeyd edib ki, “Sülhməramlı” anlayışı BMT-nin qəbul etdiyi qaydalar çərçivəsində, beynəlxalq hüquqla tənzimlənən bir prosesdir. Rusiya sülhməramlıların Qarabağda olması və fəaliyyət göstərməsi isə hər hansı bir statusla müəyyən olunmayıb. Onun fikrincə, bu gün sülhməramlıların əsas missiyası hər iki xalqın birgə yaşayışının formalaşmasına xidmət etmək üçün səylər göstərməkdir.

 

Ç.Qənizadə indiyə qədər sülhməramlıların Azərbaycan əhalisi ilə erməni əsilli vətəndaşların birgə görüşlərinin keçirilməsi, bu istiqamətdə xalq diplomatiyasının formalaşması ilə proseslərin müşahidə olunmadığını deyib:

 

“Ermənistanın kapitulyasiya aktını imzaladığı sənəddə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi nəzərdə tutulmuşdu. Həmin bənddə qeyd olunurdu ki, sülhməramlıların yerləşdirilməsi ilə erməni silahlı birləşmələrinin Azərbaycandan çıxarılması paralel şəkildə baş verməlidir. Amma Rusiya sülhməramlıları gələn gündən nəinki bu prosesi həyata keçirdi, əksinə, bir qrup terrorçu Ermənistandan Hadrut rayonu istiqamətinə gəldi və sülhməramlılar buna göz yumdular. Sonra Azərbaycan tərəfi antiterror əməliyyatı keçirdərək həmin 62 nəfər terrorçunu zərərsizləşdirdi. Onlar Azərbaycan mülki əhalisinə, hərbçilərimizə qarşı təxribatlar törətmişdilər, ölənlərimiz, yaralılarımız var idi. Artıq ilk gündən sülhməramlıların Ermənistanın təxribatçı hərəkətlərinə erməni separatçılarının silahlı birləşmələrinə göz yumması ilə müşahidə olundu.

Təbii ki, sülhməramlıların hazırki fəaliyyət bizi qane etmir və bəzən bizi qıcıqlandırır. Sərhəddə və Qarabağda baş verən son erməni təxribatları, hərbi hücumlar göstərir ki, Rusiyanı bunun qarşısını almaqdan çox, bölgədə daha çox qənimət qoparmaq narahat edir. Ona görə də Ermənistanın pozuculuğuna göz yumur. Əslində ermənilərin təxribatlarının qarşısını almaq üçün Rusiyanın kifayət qədər gücü və sözü var. Rusiya istəsə Qarabağda sülh prosesinin tənzimlənməsində, erməni-Azərbaycan xalqlarının birgə yaşayışının təmin edilməsində öz təsirini göstərə bilər”.

 

Ç.Qənizadə hazırda Azərbaycanın Rusiya rəsmiləri ilə danışıqlar apardığını və bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunacağına böyük ümidlə yanaşıb. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI