“Rüstəm Muradovun bu prosesə cəlb olunması bizim üçün vəziyyəti dəyişmir”

09:34 20-11-2021 | icon 166 | Siyasət
“Rüstəm Muradovun bu prosesə cəlb olunması bizim üçün vəziyyəti dəyişmir”

Nazim Cəfərsoy: Cənub sərhədlərinin təhlükəsizlik məsələləri ilə bağlı Rusiya perspektivinə faydalı görünür

 

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov yenidən dövriyyəyə buraxılıb. Hazırda sülhməramlı kontigentin komandanı Gennadi Anaşkin olsa da, nədənsə Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad göstərir, o cümlədən Bakı və İrəvan da onun işini pis qarşılamır. Muradov erməni cənazələri və əsirlərin qaytarılması ilə bağlı Bakı və İrəvan arasında vasitəçilik etmək üçün geri çağrılıb.

 

Maraqlıdır, niyə Ermənistan atəşkəsi pozan kimi, toqquşmalar olan kimi, hərbi əsirlər və Ermənistana cəsəd aparılmasında Rüstəm Muradov amili önə çıxarılır. Bu şəxsin bu işdəki effektivliyi hansı səviyyədədir?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən hərbi ekspert Nazim Cəfərsoy bildirib ki, yeni təyin olunan komandan Rüstəm Muradovla müqayisədə regionla bağlı proseslərə o qədər bələd deyil.

 

Hərbi ekspertin sözlərinə görə, bu prosesdə daha geniş məlumata sahib olan şəxs Rüstəm Muradovdir:

 

“Rüstəm Muradov prosesin çox da xaricində deyil. O, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavinidir və cənub sərhədlərinin təhlükəsizlik məsələləri ilə bağlı Rusiya perspektivinə faydalı görünür. Eləcə də zaman-zaman gündəmə o gəlir ki, Rüstəm Muradov qafqazlıdır, Qafqaz psixologiyasını, orda baş verən prosesləri digərləri ilə müqayisədə daha yaxşı anlaya bilir”.

 

Hərbi ekspert Rüstəm Muradovun Azərbaycan tərəfdən neqativ imiclə yadda qaldığını onun Ermənistana rahat səfərlər etməsi baxımından əhəmiyyətli məqam kimi qeyd edir. Onun fikrincə, Rusiya belə bir krizli dövründə öz adına Muradovu daha başarılı şəxs kimi görür.

 

N.Cəfərsoy hesab edir ki, Rüstəm Muradovun bu prosesə cəlb olunması, bizim üçün vəziyyəti dəyişmir:

 

“Son hadisələrdə Azərbaycan tərəfi öz sərt mövqeyini ortaya qoyub və öz maraqlarını müdafiə edir. Ermənilər isə istəyirdilər ki, Rusiya bu proseslərə müdaxilə eləsin. Ermənistanda narazılıq yaranırdı ki, Rusiya onun müttəfiqi olduğu halda hərbi əməliyyatlarda iştirak etmədi. Rusiya bu gün erməni əsrilərini, erməni cənazələrini aparmaqla bir növ ermənilərin könlünü alır. Rüstəm Muradov da Ermənistanda qəbul olunan bir fiqur kimi aktivləşir”.

 

Hərbi ekspert bildirib ki, artıq R.Muradov sülhməramlı nümayəndə kimi yox, Cənub Hərbi Dairəsinin komandanının müavini kimi prosesə daxil edilib. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"