General vəfat edib

08:05 22-11-2021 | icon 86 | Cəmiyyət
General vəfat edib

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən vəfat edib.

 

Versus.Az xəbər verir ki, general A.Vasyak birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib.

 

O, həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. A.Vasyak birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

 

Bir müddət əvvəl A.Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.

 

Əldə etdiyimiz məlumata görə sabah generalın nəşi Bakıya gətiriləcək və o Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.

 

Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb və yaxın saatlarda mərhum general A.Vasyakla bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR