Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR

12:14 22-11-2021 | icon 173 | Hadisə
Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR

Azərbaycanda saxta kriptovalyuta satmaqda şübhəli bilinərək saxlanılan dəstə üzvlərindən biri Gülara Abdullayeva barəsində istintaq müddətində başqa yerə getməmək haqqında iltizam qərarı verilib.

 

Versus.Az xəbər verir ki, həmin şəxs barəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, başqa yerə getməmək barədə iltizam tədbiri cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaq, həmin orqanın icazəsi olmadan başqa yerə getməmək, istintaqdan gizlənməmək, cinayətkar fəaliyyətlə məşğul olmamaq, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək və yaşayış yerini dəyişmək haqqında istintaqı aparan orqana məlumat vermək barədə yazılı öhdəlik götürmək deməkdir.

 

İltizamda göstərilən şərtlər pozulduğu halda həmin şəxs barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, daha ciddi qətimkan tədbiri tətbiq edilə bilər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - G.Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

 

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"