"Ən qısa zamanda Azərbaycanın sülh təklifi reallaşacaq" 

10:56 23-11-2021 | icon 106 | Siyasət
"Ən qısa zamanda Azərbaycanın sülh təklifi reallaşacaq" 

"Ən qısa zamanda Azərbaycanın sülh təklifi reallaşacaq və regiona uzunmüddətli, davamlı sülh gələcək"

 
 
“Hər kəsə məlumdur ki, Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan proseslərə humanist yanaşaraq  Ermənistan tərəfinə sülh təklif etdi. Beləliklə, postmünaqişə dönəmində Azərbaycanın həyata keçirdiyi sistemli işlər nəticə etibarilə onun düzgün yolda olduğunun göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan regiona uzunmüddətli sülhü gətirmək və ermənilərin 30 il ərzində talan edib dağıtdıqları, viran qoyduqları əraziləri yenidən cənnətə çevirmək istəyir. Əminliklə deyə bilərik ki, Qarabağda aparılan sürətli abadlıq-quruculuq işləri nəticəsində qısa zamanda  bir milyona yaxın məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq”.
 


Bu sözləri versus.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 


Millət vəkili bildirib ki, müharibənin bitməsindən xeyli müddət keçməyinə baxmayaraq ermənilər müəyyən səbəblərdən sülh danışıqlarını uzadaraq regionda kommunikasiyaların açılması  ilə əlaqədar götürdükləri öhdəlikləri yerinə yetirmir:

 
“Müharibə bitib, lakin erməni təxribatları bitmir. Postmünaqişə dövründə ermənilərin müxtəlif vaxtlarda müxtəlif miqyaslı təxribatlarının şahidi olduq. İstənilən halda bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı və təxribatçılara tutarlı cavab verildi. Ermənilər bir daha anladılar ki, Azərbaycana güc göstərmək və ya buna cəhd edərək Azərbaycan torpaqlarını ələ keçirmək mümkün deyil. Bu cür təxribatlar faktiki olaraq Ermənistanın müstəqilliyinə böyük zərbə vurur və onların təxribatçı əməllərindən sonra ölkədə böyük xaos, qarşıdurmalar yaranır. Eyni zamanda, faktiki olaraq Paşinyana qarşı olan revanşist fikirləri əsas götürən müxalif qüvvələrin də əli getdikcə güclənir. Bu baxımdan Paşinyan ən qısa zamanda Azərbaycanın sülh təklifini dəyərləndirmək istəyir və yerinə yetirməli olduğu öhdəliklərin vacibliyini anlayır. Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir və artıq bu görüşün baş tutacağı ilə bağlı hər iki tərəfdən rəsmi təsdiqləmələr var. Ancaq görünür, Ermənistanda baş qaldıran xaos getdikcə daha da böyüyür. Düşünürəm ki, uzun müddət Ermənistanda sabitliyin hökm sürdüyünü görə bilməyəcəyik. Çünki ölkədə idarəetmə tam olaraq Paşinyanın əlində deyil və narazı qüvvələr var. Ermənistan ordusunun içərisində Paşinyanın yürütdüyü siyasəti və kadr dəyişikliklərini dəstəkləməyən, yenidən müharibə təklif edən revanşist qüvvələr öz işinə davam edir. İstənilən halda region dövlətləri və Azərbaycan sülh danışıqların baş tutmasını istəyir. Paşinyan da buna nail olmaq üçün bütün gücünü səfərbər edib. Rusiya, Türkiyə, eyni zamanda, Qərb dövlətlərinin də təzyiqi ilə Ermənistan  sülh masasında əyləşəcək və Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Əks təqdirdə Ermənistan daha rüsvayçı vəziyyətə düşə bilər. Bunu anlamayan Ermənistanda daxili qüvvələr istənilən halda  vəziyyəti daha da gərginləşdirmək və Paşinyanı devirmək  üçün vəziyyəti gərgin saxlamaq istəyirlər. Ancaq düşünürəm ki, zamanla erməni ictimaiyyəti də prosesləri daha düzgün qiymətləndirməyə başlayacaq. Ən qısa zamanda Azərbaycanın sülh təklifi reallaşacaq və regiona uzunmüddətli, davamlı sülh gələcək. Əks təqdirdə “Dəmir Yumruq”  hər zaman hazırdır və bir zərurət yaranarsa, güc yolu ilə bütün istədiklərimizi reallaşdırmağa qadiriq”.
 
Sevda
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"