"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

11:16 23-11-2021 | icon 191 | Cəmiyyət
"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Lalə Quliyeva: "Bu, insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır"

 

Bütün dünyada istifadə olunan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. "Sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı", "Qətlə yetirdi", "Sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib ki, sosial şəbəkələrdən yaranan problemlərin həlli praktikası dünyada mövcud deyil:

 

"Bir neçə ölkədə sosial şəbəkələr qadağan olunub. Amma mən hesab edirəm ki, bu çıxış yolu deyil. Müəyyən məsələləri inzibati yolla həll etmək olar. Qeyri-qanuni çağırışlar edənlərə cinayət işinin açılması, cərimə edilməsi və sair kimi qanuni addımlar tətbiq etmək".

 

Lalə Quliyeva qeyd edib ki, bu məsələdə valideyn məsuliyyəti də vacibdir:

 

"Mütləq valideyn nəzarəti olmalıdır. Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır".

 

ALDP rəsmisi hesab edir ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir:

 

"Sosial şəbəkələrə aludə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA