“Rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin fərqi yoxdur"

14:11 23-11-2021 | icon 109 | Geopolitika
“Rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin fərqi yoxdur"

Azərbaycan və Ermənistan liderlərinin gec-tez görüşəcəyi bəlli idi. Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi, Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edir.

 

 

Bunu versus.az-a politoloq Turan Rzayev dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsini şərtləndirən nüanslara diqqət çəkərkən bildirib. Politoloq dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşlə bağlı iki maraqlı məqamın üzərində dayanıb.

 

Bunlardan biri görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsi; görüşün Rusiya Prezidenti Vladimir Putin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsidir.

 

Onun sözlərinə görə, prinsip etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir.

“Əvvəla, ona görə ki, Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmasını, bu yolla bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək. Görünür, Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub”.

Politoloq ehtimalla bildirib ki, Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında Paşinyanın mövqeyini müəyyənləşdirməyə çalışıb. O, böyük ehtimalla kreml rəhbərinin buna nail olduğunu deyib.

“Rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin ya da vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni 10 noyabr bəyanatının qeyd-şərtsiz icra edilməsidir”.

T.Rzayev hesab edir ki, Putinin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsinə göz yumasının 2 səbəbi var:

“Birincisi, Putin bu yolla başda Ermənistan olmaqla, Aİ-na göstərmək istəyir ki, Kreml istənilən kənar gücün tərəflər arasında vasitəçilik etməsinə, mövcud problemi həll etməsinə verəcəyi töhfələrə razıdır. Reallıq ondan ibarətdir ki, Kreml vasitəçiliyi olmadan indiki halda Aİ çətin ki, Ermənistan və Azərbaycan arasında gərginliyi həll edə bilsin. Çünki Kremlin prosesə yanaşması, Zəngəzur dəhlizi ilə bağlı təklifləri Bakı üçün məqbuldur. Brusselin edəcəyi təklif çox güman ki, 27 il ərzində ATƏT-in Minsk Qrupunun təkliflərindən fərqlənməyəcək. Bu mənada deyə bilərəm dekabrın 15-də Brusseldə keçiriləcək görüşdə Bakı və İrəvanın bu və ya başqa formada ortaq məxrəcə gələcəyini düşünmürəm.

İkincisi, bu görüşün Brusseldə keçirilməsi həm də Putinə Ermənistandakı qərbpərəstlərin gücünü azaltmaq baxımından vacibdir. Çünki dekabrın 15-də Brüsseldə keçiriləcək görüş nəticəsiz olsa və bu görüş sonrası Kreml yenidən 3 tərəfli görüş keçirib nəyəsə nail olsa bu həm Aİ nüfuzuna zərbə vuracaq, həm də Kreml faktorunun əhəmiyyətini artıracaq. Bu mənada deyə bilərik ki, Brusseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnən görüş sonrası 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü və Prezident İlham Əliyev Paşinyanın razılığı ilə Soçidə və ya Moskvada görüş keçirəcək. Ehtimal ki, elə həmin görüşdə də Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən yeni bəyanat imzalanacaq”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?