Tural Gəncəliyevdən Xankəndi ilə bağlı təşəbbüs

16:09 23-11-2021 | icon 107 | Siyasət
Tural Gəncəliyevdən Xankəndi ilə bağlı təşəbbüs

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Tural Gəncəliyev təmsil etdiyi Xankəndi dairəsi ilə bağlı təklif səsləndirib.

 

Versus.az-ın xəbərinə görə, deputat Qarabağın Ermənistan işğalına qədər fəaliyyət göstərmiş təhsil ocaqlarının yenidən qurulması məsələsinə diqqət çəkib.

“Büdcədə müasir təhsil sisteminin qurulması və inkişaf etdirilməsi istiqamətinə xüsusi diqqət ayrılıb. Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır. Bu xüsusda təmsil etdiyim Xankəndi şəhərində şəhərin işğalına qədər Pedaqoji İnstitutun filialı fəaliyyət göstərirdi. 1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi”.

 

T.Gəncəliyev institutun bərpasını zəruri saydı: “Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"