"25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?"

16:23 23-11-2021 | icon 96 | Geopolitika
"25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?"

"Dünən Fransa səfiri Zakariya Qross Azad Ağdam torpağına səfər edib. Əlbəttə, gözlənilməz olsa da ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır. Yalnız Fransanın deyil, Amerikanın, Britaniyanın, Çinin də yüksək dövlət rəsmilərinin Ağdama, Zəngilandan Şuşayadək böyük torpaqlara ziyarətə gedəcəyinə, ədalətli Zəfər qazanan xalqımıza ehtiram göstərəcəyinə gec də olsa inanırıq. Biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq".

 

Versus.az Musavat.com-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

 

Millət vəkili ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə diqqət çəkib:

 

"Düz iki əsr əvvəl Aleksandr Düma “təbiətinə və tarixi abidələrinə vurğun”luğunu dilə gətirdiyi Azərbaycan torpaqlarının indiki vəziyyətinə qəlbən acıyar, tərəddüd etmədən öz dövlət adamlarını həqiqəti dilə gətirməyə çağırardı. İkinci dünya müharibəsində faşizmə qarşı qəhrəman azərbaycanlılarla birgə vuruşan və onların timsalında millətimizə daim ehtiram göstərən Şarl de Qoll da sağ olsaydı, xələflərinin əksinə hərəkət edərdi. Axı Ağdamın, Cəbrayılın, Füzulinin və digər şəhərlərin dağılmış mənzərəsi 1941-ci ilin Parisi ilə heç cür müqayisə oluna bilməz! Ona görə ki, 3-cü Reyx Avropanın mədəniyyət paytaxtı olan Parisi yer üzündən silməmişdi. Bir sözlə Koçaryana, Sarkisyana və silahdaşlarına faşist demək, nasional sosialistlərə həqarətdir".

 

Zahid Oruc Fransanın Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda "sülhün keşiyini çəkmək" istəyindən də danışıb:

"Bəli, Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldular. Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdilər, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdılar, lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü  və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar. Ona görə də çoxlarını bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Məgər dünyada statussuz erməni yaşamır?

Sualların cavabı hamıya aydındır. Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır.Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsil düşmənlərimizi görərdik!"

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”