“Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır”

 

18:05 24-11-2021 | icon 114 | Geopolitika
 “Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır”
 

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin suallarını cavablandırıb. Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edib. O, öz fikrini bununla əsaslandırıb ki, guya üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Dəhliz ifadəsi yalnız Laçın koridoruna münasibətdə işlədilib.

 

Bu barədə Versus.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki, Paşinyan unudur ki, həmin bənddə “maneəsiz hərəkət” ifadəsi də yer alıb. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələrinin Ermənistan ərazisindən nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutulur.

 

“Ancaq Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Paşinyan anlamır ki, bu nüans onun siyasi savadsızlığından ilişib qaldığı dəhliz ifadəsindən daha ciddidir. Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanıb. Yəni rəsmi İrəvan unutmamalıdır ki, o diqtə edən tərəf deyil, kapitulyasiya aktına imza atan məğlub tərəfdir.

 

Laçın dəhlizindən istifadə Azərbaycanın Ermənistana göstərdiyi humanist davranışdır. Zəngəzur dəhlizi isə qalib Azərbaycanın məğlub Ermənistandan tələbidir. Əgər məsələyə linqvistik baxımdan baxacağıqsa onda regionda kommunikasiyaların açılmasından və ya sülh, sabitlikdən danışmaq da mənasızdır.  Paşinyan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. O hesab edir ki, biz bu dəhlizi Naxçıvanı blokadadan çıxarmaq üçün istəyirik. Halbuki Azərbaycan İran vasitəsilə və hava yolu ilə Naxçıvanla əlaqəni çoxdan təmin edib.

 

Rəsmi İrəvan bu məsələdə uzlaşmaya getsə gələcəkdə Zəngəzur dəhlizindən keçəcək enerji layihələrində o özü də pay sahibi ola bilər. Prinsip etibarilə bunu ölkə başçısı da dəfələrlə qeyd edib”.

Politoloq bildirib ki, indiki məqamda Ermənistan bu məsələdə israr etməyə davam etsə, rəsmi Bakı növbəti təzyiq rıçaqlarından istifadə edə bilər.

“Misal üçün Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Paşinyanın çox güvəndiyi Tatev yolu isə istifadəyə yararsızdır. Bu yoldan yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.

Paşinyan qeyd edir ki, Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Əslində Paşinyanı bu məsələdə qınamaq doğru deyil. Çünki açqıca görünür ki, o nə tarixi yaxşı bilir, nə də siyasi proseslərin məğzini. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixini adı bilməyə bilər. Məsələ ondadır ki, həmin ərazidə bənzər isimdə toponimlər, coğrafi adlar çoxdur. Misal üçün Ermənistan paytaxtından bir neçə km aralıqda yerləşən Masis rayonun tarixi adı Zəngibasardır. Zəngibasar Zəngəzur və Zəngilan ilə eyni kökə malik coğrafi addır. Bu da təsadüfi deyil. Çünki bu ərazidə Oğuz türk boylarına mənsub zəng tayfası yüz illərlə yaşayıb. Misal üçün uzun illər xaçlılar ilə mübarizə aparan Mosul Atabəyi İmadəddin Zəngi də həmin Zəng boyuna mənsubdur. Yəni əgər bu ərazinin adı Zəngəzurdusa və onun tarixi əsası varsa onu başqa adla niyə adlandırmalıyıq?  O ki qaldı Paşinyanın qeyd etdiyi Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycanın uydurmasına və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürməsinə deyə bilərəm ki, Paşinyan özü də yaxşı bilir ki, bu ərazini Ermənistana 1929-cu ildə Levon Mirzəyan bağışlayıb. Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olsa da Zəngəzuru heç bir referendum keçirmədən Azərbaycan xalqının iradəsi olmadan Ermənistana verib. Bu isə riyakarlığın son həddidir”.

Ləman

Versus.az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"