İşğal altında böyüyən yaşımız

19:06 01-12-2018 | icon 228 | Köşə
İşğal altında böyüyən yaşımız

 

 

...Və Xoreni ahıllaşdıran illər

 

 

 

İGİD TEYMURLU

 

 

Qarabağ mövzusu düz 30 ildir ki, dəmə qoyulub - həlimini də xorenlər içə-içə böyüməkdə... Bizim bu mövzudan  “dündəliklər ” yazıb dəlik siçovullarına çevrilənlərimiz isə  “reportajlar hazırlamaq”la ”as jurnalistə” və “əsil siyasət adamına" çevrilməkdə...

 

Qarabağ mövzusu bizi adam etdikcə, mövzunun özü bu adamların yadından çıxmaqda. Başa keçirilən “as jurnalistlər”, “əsil siyasət adamları” konservləşdirilmiş “dəlillər”lə problemlərimizin unutdurulması amacını cəmiyyətə gülə-gülə, güldürə-güldürə pərçimləməkdə...

 

“Erməni xalqı bizim düşmənimiz deyil”, “uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyə millətə həqarət etdilər. Əsil həqiqətlərin para hesabına zorlanmasına göz yumaraq Qərbə leylək sədaqəti nümayiş etdirənlərimiz Qarabağ mövzusunu əldə tutalğaca çevirməklə həm də gerçəyin zaman etibarilə yaddaşlardan silinməsinə qol qoyublar və deyəsən heç bunun fərqində də deyillər... Bütün bunların qarşılığında ad alan kim, san alan kim, iş alan kim, ev alan kim... Sonda piyada qalan və qartıyansa Qarabağ probleminin özü oldu...

 

Qarabağ problemini qocaldanların xarakterlərinin mahiyyətində laboratoriya sakini olmaq, öz gidişən yerlərini əliylə deyil, başıyla qaşımaq jestini nümayiş etdirmək dayanır. Onlar həm mətbuatımızın, həm də siyasətimizin Poliqraflarıdır. Etdiklərinə və danışdıqlarına gorə onlara hansı adı qoysanız, bundan həzz alacaqlar. Cünki günümüzün Preobrajenskiləri onların iclərinə, icalatlarına bu fakturanı itələyiblər...

 

Ətrafımda olan dostların çoxu hər zaman məni “içimdən gələn zadlar”ı “üstünə getməklə” bəyan etdiyimə görə qınayırlar. Dost qınağıdır, qəbulumdur, fikirlərinə yaxşı yöndən yanaşmam da boyun borcum. Fəqət axı yaşadığım tarix və rəhmətlik Sokrat demişkən, “içimdən gələn zadlar mənə çox şeylər deyir”, əlalxüsus Qarabağ mövzusunda...

 

Necə qəbul edilir, edilsin, hec vecimə də deyil. Gerçəyini demirəm, amma mən əvvəlindən Qərbin ixrac etdiyi “demokratiya”dan iyrənmişəm. Əfəndim, Qərb demokratiyası Azərbaycansayağı format alanda lap həngamə olurmuş... Ki, onun da zadları, qrantları bir ağacdələn olub hey qapımızı döyəcləməkdədir...

 

Qapımızı döyənlər də öz içimizdən seçilir - həmin “as jurnalistlər”dən və maraqlı tərəflərə leylək sədaqəti nümayiş etdirən “əsil siyasət adamları”ndan. Bunu mən yox, doğan Gün, bada verdiyiniz illər deyir, əfəndilər!

 

Akif Nağının Qarabağ Azadlıq Təşkilatı və indi taxta tribunalar üzərindən hayqıran Qarabağ Komitəsi də yaşca sinni 30-u keçən Xorendən uşaqdılar. Yaşlaşan Xorenlə qartıyan Qarabağ problemimiz fonunda biz hələ də donuzu Quran oxumaqla darıdan çıxarmağa çalışırıq. Və hələ üstəlik özümüzü zamanın cəngavəri kimi göstərməyə çalışırıq. Ayıbımızdan utanmayacaq qədər böyümüşük ki, bu da bizim kiçikliyimizdir...

 

Qarabağ mövzusunda oxunan ariyalar sopranoların özlərinə xoş gəlsə də, tamaşaçı auditoriyası tərəfindən bütöv olaraq qəbul edilməyib. Və bu, daha çox kamerton sədası altında xor kapellasının səhnədəki çıxışlarına bənzəyib. Taxta tribunalar üzərindən var-gəl edənlərin Vətəni qoruma eşqlərinin saxta olması apaydın bir həqiqətdir. Vətəni qorumaq üçün səngərlərə baş vurmaq gərəkir, Akif Nağıların, Aqil Abbasların “təmas xəttini” keçəcəkləriylə bağlı yalançı diletantlıqları, “ya Qarabağ, ya ölüm!” şüarıyla Bakının küçə və meydanlarında güc strukturlarıyla birgə hilmərəsi oynamaqla yox!

 

Onların və bir qisim insanların Qarabağ mövzusunu sanki öz monopoliyalarında saxlamaq həvəsləri həm də gündəmdə qalmağın bir yoludur. Tarixdə qanla alınan torpaqların sülhlə geri qaytarılması faktı olmasa da, bu adamlar öz yalançı dəlillərinin gerçəyin özü kimi cəmiyyətə sırımaqdadılar...

Bu gün Azərbaycanda vətənşüvənlik edənlərin böyük əksəriyyətinin səcdəgaha çevirdikləri Qərb dünyası  demokratiya adı altında əslində öz siyasi fahişəliyini ixrac etmədədir. Elə ol səbəbdən də Memfis monarxının yelpik daşıyanları tək səhnəyə çıxan, ancaq özlərini narsist düşüncə tərzinin sahibləri tək aparan ikiayaqlılarımızın ucbatından Azərbaycanın başının üstündə topa-topa buludlar görünməkdədir. Hansısa beynəlxalq təşkilatın, yaxud hansısa beynəlxalq gücün Qarabağın Azərbaycana qaytarılması çabasına inanmaq sadəlövhlük və hansına marağın quluna çevrilmədən başqa bir şey deyil...

 

Məgər həmin beynəlxalq güc deyilmi bu müsibətləri Azərbaycanın başına açan!?

Məgər həmin Qərb dünyası, həmin Avropa deyilmi bu müsibətləri Azərbaycanın başına aşan!?

 

Ermənilərin 1601-ci ildən Rusiya çarı I Aleksandra etdikləri müraciətlə başlanan Cənubi Qafqazda dövlət yaratma eşqlərinə dəstək verən elə həmin Fransa, elə həmin Rusiya, elə həmin İngiltərə, elə həmin Amerika, elə həmin Almaniya bu və ya digər tarixlərdə dəstək verməyibmi!? Belə olan halda indiki durumumuzda torpaqlarımızın işğal olunduğu bir dönəmdə özümüzü onlara göstərməyə nə hacət!?

 

Rusiya özünün olmayan Kırımı işğal edəndə kimi vecinə aldı? Elədirsə, əzəli torpaqlarımız olan Qarabağı, İrəvanı geri qaytarmaq üçün biz də eləcə Rusiya “təcrübəsi”ndən istifadə etməliyik. Bu konuda birlik istəyiriksə “hər şey Vətən üçün” devizi altında fəaliyyətimizin bütün spektri hərbi rels üzərinə çıxarılmalıdır. Çünki elə həmin 1601-ci ildən ta bu günədək işğal olunmuş, pay verilmiş ərazilərimizdən bircə qarışı belə geri qaytarılmayıb. Amma ötən illərdə yaşayan nəsillərimizin hər biri “gələcək nəsil o torpaqları alacaq” xülyasıyla baş girləyiblər. İndi də eləcədir. Hərə durduğu hündürlükdən bu “həqiqəti” car etmədədi.

 

İnkişaf etmiş ölkə olaraq Azərbaycanın iç probleminin Qərbin küçə itlərinin nəzarətinə buraxılmasına son qoyulmalıdır. Ölkə içində qarşılıqlı şəkildə bir-birimizi hədəf seçib haqqımızda min cür latayır söyləməklə hansısa vətənşüvənlik etmək Qarabağa, İrəvana, Güney Azərbaycana gedən yol deyil, əfəndilər. Lütfən, sevgili məmləkətimizi belə qatı dumanlıqlara bürüyüb narsistlər kimi davranmayın. Utanın, utanın bizi seyr edən Nigaran Ruhların boğuq iniltilərindən, işğal olunan, pay verilən yurd yerlərimizin səması üstündə qıy vuran Kəsik Qolların, Kəsik Qıçların Harayından...

 

Geniş zallarda səslənən pafoslu sözləri eşidəndə, taxta tribunalar üzərindən traghikomik səhnələri seyr edəndə mənim gözümün önünə kitablardan oxuduğum 1685-ci ildə Böyük Lüdovikin zamanında bir hugenot qadınla onun körpəsinə verilən zülmün görüntüləri gəldi. Lütləndirilmiş halda ağaca bağlanan qadının südəmər körpəsi bir az ondan aralıda yerə uzadılır. Qadının döşləri südlə, qəlbisə əzab və iztirablarla dolu idi. Ac və solğun uşaq anasının südlə dolu döşlərini görür və acından qıvrılaraq var gücü ilə ağlayır, dəhşət saçan göz yaşlarını saxlaya bilmirdi. Cəlladsa anaya “məsləkindən əl çək, qurtul bu zülmdən” deyirdi...

 

Bu gün bizlərə də həmin Qərb dünyası ümummilli məsləkimizdən əl çəkməyi təklif etmədədi. Həmin hugenot qadına edilən təkliflər bu gün bizim “as”larımızın strateji planları kimi masaya qoyulur...

 

Günümüzün Narkissosları da elə həmin mifoloyi qəhrəman tək öz əkslərini taxta tribunalarla əhatələnən suda görəndə bundan ləzzət alırlar - kimisi Qarabağ mitinqində iştirak etdiyinə görə, kimisi də bir qisim partiya sədrləri kimi “kiminsə sifarişi olan tədbir”də iştirak etmədiyinə görə!!!

 

Daim fərqli düşünməyi, fərqli görünməyi özünə adət edən Narkissos “hamıdan güclü”, “hamıdan gözəl”, “hamıdan yaraşıqlı olması”yla fəxr edirdi. Özünə xəta yapmayan varlıq kimi baxırdı. Başqalarını dəyərsizləşdirməklə özünə BÖYÜK  YALANların ağuşunda isti bucaq tapırdı... Lap bizimkilər kimi...

 

Gün doğuşundan bəlli olar, bəylər və xanımlar! Quran oxumaqla donuzu zəmidən çıxarmaq cəhdi mədəniyyətin yox, daha çox nəyinsə həsrətilə curuldayan gödəniyyətin göstəricisidir. Müqayisə aparanda bugünkü yüksək potensialımızı nəzərə alsaq, onda yetər daha ermənilərlə məğlub ölkənin vətəndaşları kimi boynubükük danışmağımız...

 

Yetər daha, Qərb dünyasının bizlərə aminazin təsiri bağışlayan dərman verməyi!! Dədələrimizin, nənələrimizin sinəsində nə yazıq ki, çoxumuzun unutduğu, çoxumuzun eşitmək istəmədiyi şifahi xalq ədəbiyyatına söykənən el yatırı var. Belə söyləmişlər ki, elin tutduğu quşun quyruğu qısa olar. Xoreni böyüdən illər həm də bizə quyruğuqısa quşlarımızı göstərib: kimisi Süleyman taxtında, kimisi də havalanmış Məhəbbət baxtında... Taxtımıza və baxtımıza güvənərək indi QALİB ƏSGƏR kimi danışmağın tam zamanı çatıb: işğal altda inləyən yaşımız az deyil, əfəndilər...

Və bərəkatuh...

Xəbər lenti

 Rasim Balayevi imtahanlara buraxmırlar -

Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki...

İnsan ömrünü uzadan içkinin adı açıqlandı - 15 illik tədqiqatın nəticəsi

Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon

Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

Rusiyada gənc azərbaycanlı yoxa çıxdı

"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir -

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Əsirlikdə qalan Laçınım"

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə