Valideynlərin NƏZƏRİNƏ

11:54 25-11-2021 | icon 86 | Cəmiyyət
Valideynlərin NƏZƏRİNƏ

Uşaqları təsir altına salan təhlükələr var

 

“Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır”.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir:

 

“Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan və geri qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.

 

E.Hacıyev valideynləri də bu kimi məsələlərdə diqqətli olmağa çağırıb:

“Valideynlər diqqətli olmalıdır, onlar “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, - deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir, təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amillər valideynlər tərəfindən diqqətə alınmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR