“Uşaq ən böyük zorakılığı ailədə görür”

17:32 25-11-2021 | icon 127 | Cəmiyyət
“Uşaq ən böyük zorakılığı ailədə görür”

“Uşaq ən böyük zorakılığı elə ailədə görür. Bütün problemlər də buradan yaranır”.

 

Versus.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib. 

 

O bildirib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalmasına dair bir sıra faktlar var:

 

“Biz bu gün daha çox psixoloji dəstəyə fokuslanmalıyıq. Bu gün psixoloqların yardımına ciddi ehtiyac var. Təəssüf ki, cütlüklər ailənin nə demək olduğunu dərk etmədən evlənirlər. Hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu hələ də dərk etmədiklərini görürük. Bütün problemlər də buradan yaranır”.

 

K.Ələkbərova məktəblinin qaçırılmasına cəhd xəbərinə də münasibət bildirib:

“Belə hallar çox deyil. Çox vaxt belə hadisələr boşanmış ailələlərdə baş verir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib ictimaiyyətə başqa cür də təqdim edə bilərlər. O ki, qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurlara - kameralara harda ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki, yoxdur, təbii məktəb rəhbərliyinə müraciət edə bilər. Bəzi neqativ halları görmək üçün özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətinə polis də gəlib dayana bilməz. Bunun üçün heyətimiz də yoxdur. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?