Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

19:04 25-11-2021 | icon 277 | Cəmiyyət
Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərləri - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.

 

O bildirib ki, V.Səfərli işi ilə bağlı ona qanunsuz bir tapşırıq verməyib:

"Nə də onun qanunsuz tapşırıq verdiyinin şahidi olmamışam. Tender komissiyasında verilən təkliflərlə bağlı danışsam, deyə bilərəm ki, tender qanunvericiliyinə riayət edilib. Lakin deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlər, imzalanan müqavilələr, onlara düzgün riayət olunması ilə bağlı məsələlərdən xəbərim olmayıb. Fondun 10 işçisindən 5-i tender komissiyasında olub. Tenderdə konkret iştirakçılar eyni şirkətlər olub. Biz orda işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlirdi deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Türkiyəli aktyorlar Bakıda

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Yoluxanların karantin müddəti AZALDILDI

Qarabağa avtobus reysləri BAŞLADI

“Böyük Qayıdış və reinteqrasiya” - Qanun layihəsi hazırlanacaq

Karantinlə bağlı YENİLİK

”Güzgü prinsipi" absurd yanaşmadır"

DSX-nın hərbi qulluqçusu intihar etdi

Hafiz Hacıyevin əməliyyatdan sonrakı VƏZİYYƏTİ

"Bu yola əsasən yeniyetmələr üz tutur"

"İlk gülləni kim atsa, məğlub da o olacaq"

“O birgə mübarizə də sanki səngərdə qaldı” - MÜSAHİBƏ