Fermerlərə XƏBƏRDARLIQ

10:41 26-11-2021 | icon 126 | İqtisadiyyat
Fermerlərə XƏBƏRDARLIQ

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib.

 

Fonddan Versus.Az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.

 

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıdır.

 

Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir.

 

Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan fermerlər və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"