Zərərlə işləyən bankların sayı 7-yə YÜKSƏLİB

11:18 26-11-2021 | icon 68 | İqtisadiyyat
Zərərlə işləyən bankların sayı 7-yə YÜKSƏLİB

Bu gün ölkədə 26 bank fəaliyyət göstərir. Bəzi banklar isə zamanla fəaliyyətini ya dayandırıb, ya da digərlərinə birləşdiriliblər. 2016 və 2020 -ci illərdə kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə "Bank Standard", "Qafqaz İnkişaf Bankı", "Atrabank", “Dekabank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib. Hətta ləğvetmə prosesinin davamlı olacağı, tələblərə cavab verməyən daha bir neçə bankın bağlanacağı bildirilib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli açıqlamasında bildirib ki, 2014-cü ildə neftin kəskin ucualaşması, ardınca isə manatın 2015-ci il iki şok devalvasiyası bankların real durumu və problemlərini daha da qabartdı:

 

“2014-cü ildən neftin qiymətinin kəskin azalması nəticəsində makroiqtisadi şəraitin dəyişməsi, işgüzar fəallığın zəifləməsi bankların kredit portfelinin keyfiyyətini pisləşdirdi və bir sıra itkilərə səbəb oldu. Eyni zamanda, banklarımızın xarici bazarlara çıxış imkanları pisləşdi, daxili yığım mənbələri isə daraldı. Bir tərəfdən, aktivlərin dəyər itirməsi, xarici valyutadakı kredit və depozitlərin qaytarılmasında yaranmış çətinliklər, digər tərəfdən isə banklara və milli valyutaya inamın azalması bir sıra bankların ölkənin maliyyə sektorunu tərk etməsinə səbəb oldu. Digərlərinin isə iqtisadi fəallığını zəiflətdi. Məsələn, rəsmi məlumatlara görə, elə banklar olub ki, bağlanma anında problemli kreditlərinin həcmi 80 faiz olub. Konkret təhlillərin nəticələrindən, eləcə də bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərlə söhbətlərdən çıxış edərək demək olar ki, bankların bağlanması bir sıra ağrılı problemlər yaratdığından alternativ yollardan, o cümlədən təmərküləşmə üsulundan da istifadə edilməsi məqsədəuyğun olar”.

 

Deputat deyib ki, hazırda Azərbaycanda bir sıra bankların bağlanması ilə yanaşı, zərərlə işləyən bankların sayında da artım var:

 

“Belə ki, əgər 2021-ci ilin birinci rübünü 2 bank zərərlə başa vurmuşdusa, ikinci rübdə ziyanla işləyən bankların sayı 7-yə yüksəlib”. 

 

Deputat qeyd edib ki, postsovet məkanına aid olan yeni müstəqil dövlətlərdə olduğu kimi, Azərbaycanda da Mərkəzi Bankdan və kredit təşkilatlarından ibarət ikipilləli bank sistemi formalaşmağa başlayıb:

 

“Azərbaycanda bank sisteminin formalaşması bir neçə mərhələdən keçməklə öz müsbət və mənfi cəhətlərinin məcmusu olaraq, inkişafının hazırkı səviyyəsinə çatıb. Bank sektorunun inkişaf səviyyəsinin müəyyənləşdirilməsi bir sıra göstəricilərlə, o cümlədən cəmi aktivlərin ÜDM-yə nisbəti ilə də müəyyənləşdirilir. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı nisbətən məqbul hesab oluna biləcək səviyyədədir. Banklar müxtəlif istiqamətlər üzrə hər il 15-16 milyard manat kredit verirlər. 2021-ci il 9 ayında iqtisadiyyata 16 milyard manata yaxın kredit qoyuluşları olub ki, bu da cari ilin müvafiq ayına uyğun ÜDM-in 23 faizi səviyyəsindədir”.

 

Ə.Məsimli hazırkı şəraitdə maliyyə-bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılması və bankların maliyyə sabitliyinin qorunması yolunda Strateji Yol Xəritəsində bu yöndə nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:

 

“Birincisi, kredit faizlərinin aşağı salınması imkanlarının obyektiv araşdırılması bu istiqamtdə manupulyasıyalardan uzaq real addımların atılmasıdır. İkincisi, kifayət qədər uzun müddətli depozit cəlbinə nail olmasıdır. Üçüncüsü isə bankların iqtisadiyyatın real sektoru ilə əlaqələrinin gücləndirilməsidir”.

 

Deputat iqtisadiyyatın real sektoru ilə bank sisteminin daha sıx qarşılıqlı əlaqədə ola bilməsi üçün uzunmüddətli resurs bazasının yaradılmasının zəruri olduğunu qeyd edib:

 

“Bu baxımdan bank sisteminin ümdə vəzifələrindən biri əhali əmanətlərinin cəlbi üzrə daha fəal və rasional faəliyyət göstərməsidir. Əhalinin əmanətlərinin banklara cəlb olunması şərtləri içərisində əhalinin inamının artmasına nail olmaq mühüm yer tutur. Sadaladğımız həmin məqamlar kontekstindən, 44 günlük Vətən Mühahibəsi bütün sahələrdə olduğu kimi bank sistemi qarşısında yeni tələblər qoyur. Bunlar arasında maliyyə-bank sisteminin sağlamlaşdırılması işinin davam etdirilməsi və normal rəqabət mühitinin formalaşmasına yönəlik islahatların həyata keçirilməsi ilə paralel surətdə ölkədə iki yeni bankın -Aqrar-Səneye Bankının və İnnovasiyalı inkişaf bankının yaradılması çox zəruridir. Həmin banklar vasitəsilə əlverişli şərtlərlə aqrar sektor və onunla bağlı olan sahələrin maliyyələşdirilmə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi obyektiv təlabata çevrilib. Eyni zamanda, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə nəzərdə tutulmuş dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatin formalaşdırılması, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və digər bu kimi prioritetlərin yüksək səviyyədə reallaşdırılması işində dövlət maliyyəsi ilə yanaşı özəl maliyyənin də fəal və iri miqyaslı şəkildə iştirakını təmin etməkdən ötrü Aqrar-Səneye Bankı ilə yanaşı, İnnovasiyalı İnkişaf Bankının yaradılması da çox zəruridir”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR