Parisdə “Qara bağ” - FOTOSƏRGİ

14:20 26-11-2021 | icon 97 | Mədəniyyət
Parisdə “Qara bağ” - FOTOSƏRGİ

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc fotojurnalist Maya Bağırovanın “Qara bağ” adlı fotosərgi təşkil edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, komitənin dəstəyi ilə baş tutan sərgidə fotoqrafın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından çəkdiyi fotolar nümayiş etdirilib. Fotofaktlar əsasında işğaldan azad edlmiş Azərbaycan şəhər və kəndlərində yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyinə diqqət cəlb olunub.

 

Çəkdikləri əsərlərdə daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf fransız ictimaiyyətinə erməni vandallarının törətdikləri vəhşilikləri əyani olaraq göstərib.

 

Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və 27 sentyabr – Anım Günündə işıq üzü görmüş “Qarabağ” adlı broşürlər ziyarətçilərə təqdim olunub.

 

Qeyd edək ki, Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil almış Maya Bağırova sonradan Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirib. “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib.

 

Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Maya xanımın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdəki “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində Ermənistanın işğalçı siyasəti və etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş, öz vətənlərində qaçqın və məcburi köçkün durumunda yaşamağa məcbur olan azərbaycanlı uşaqların həyatı fransız ictimaiyyətinin nəzərinə çatdırılıb.

 

2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisi “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA