"Unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır"

19:04 05-12-2018 | icon 116 | Siyasət
"Unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır"

 

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır və Azərbaycana hücum edərək Xocalı, Ağdam kimi şəhərləri məhv edib və qocaları, qadınları və uşaqları qətlə yetirib.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycanın Rus icmasının K.Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirlərinə cavab bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, erməni təcavüzkarları 1 milyondan çox sakini öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın olmağa məcbur edib:

 

“20 ildən çoxdur ki, Azərbaycan və onun rəhbərliyi Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır və yalnız 2016-cı ildə ölkənin aramsız atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri təcavüzkarlara layiqli cavab verdi və müəyyən əraziləri azad etdi”.

 

Bəyanatda o da vurğulanır ki, Azərbaycanın Rus icması ölkənin ərazi bütövlüyü hüququnu müdafiə etməsini dəstəkləyir, yüzlərlə rus Dağlıq Qarabağı erməni təcavüzkarlardan müdafiə edərkən həlak olub:

 

“Ermənistan daha nə qədər Azərbaycan xalqının səbrini sınaya bilər, azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə biləcəkmi?”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib