Ümid də ReAlın imzatoplama kampaniyasına qoşuldu

17:06 06-12-2018 | icon 324 | Siyasət
Ümid də ReAlın imzatoplama kampaniyasına qoşuldu

 

Tamilla Qulami: “Demokratik cəmiyyətin qurulması bir partiyanın işi deyil”

 

 

ReAl Partiyasının Qanunvericilik Təşəbbüsü ilə başlatdığı imzatoplama kampaniyası hələ bitməyib. Demokratiyaya kim xeyir verəcəksə, təşkilatdan, addan asılı olmayaraq, hər kəsin yanındayıq”.

 

Bunu Versus.Az-a açıqlamasında Ümid Partiyasının Təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulami bildirib:

 

“Ümid Partiyası da imzatoplama ilə əlaqədar olaraq həm dəstək verdi, həm də bütün partiyaları bu kampaniyaya qoşulmağa çağırdı. Çünki demokratik cəmiyyətin qurulması bir partiyanın işi deyil. Ölkədə qeyd etdiyimiz durumun yaranması üçün hər birimiz birlikdə addımlamalıyıq”.

 

Qeyd edək ki, sözügedən kampaniya “Pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında” Qanun layihəsinin dövlətə təqdim edilməsi üçündür. ReAl Partiyası Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq 40 min imza toplamaqla bağlı mümkün qədər çox təşkilat və şəxsin bu kampaniyanı dəstəkləməsi üçün müraciət etmişdi.

 

T.Qulami onu da qeyd edib ki, Ümid Partiyası imzaların toplanmasının təşkilatçılığı ilə məşğul olmadığı üçün onun hara və necə təqdim olunacağı ilə bağlı elə bir ciddi məlumatı yoxdur:

 

“Ola bilsin ki, dəqiq məlumat özlərindədir və əminik ki, hüquqi prosedurlarla bağlı əllərində kifayət qədər bilgi, informasiya var. Biz təşəbbüsü dəstəkləyirik. Təşəbbüsü dəstəklədiyimiz üçün də qoşulmuşuq və hesab edirik ki, hamı qoşulmalıdır”.

 

Demokratiyanın özünün də bir təşəbbüskarlıq olduğunu vurğulayan Tamilla xanım bildirib ki, bu təşəbbüskarlığın da içində cəmiyyətə, dövlətə xeyir verəcək addım varsa, hökmən onun yanında olmaq lazımdır:

 

“Biz bu kampaniyada hüquqi prosedurların necə olacağı prosedurlarını deyil, vətəndaş və partiya məsuliyyətini əsas götürmüşük”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

"Vətənə oğul olanlar" - FİLM

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

AXCP-də film olayı, yoxsa xəyanət?

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"