“Bu gün biz atəş açmalıyıq, atəş dayanmamılıdır”

16:43 07-12-2018 | icon 132 | Siyasət
“Bu gün biz atəş açmalıyıq, atəş dayanmamılıdır”

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı aparılan danışıqlarda və atılan addımlarda hökumətin sərt davranmamasını kəskin şəkildə tənqid edib.

 

Versus.Az-ın məlumatına görə, partiya sədri bildirib ki, həmsədr ölkələr zahirən ortaq mövqe sərgiləslər də, real atılan addımlar göstərir ki, bunlar Azərbaycana qarşı inistutlaşmış mövqelər sərgiləyirlər. Danışıqlara sadiqlik nümayiş etdirib status-kvonu saxlamağımızın bizim xeyrimizə işləməyəcəyini deyən millət vəkili təklif edib ki, torpaqların qaytarılması ilə bağlı reinteqrasiya haqqında qanunun qəbul olunmalı və atəşkəs haqqında fərqli mövqe ortaya qoyulmalıdır.

 

F.Quliyev qeyd edib ki, biz hansı atəşkəsdən danışırıq, düşmən öz sərhədlərinə çəkiləndən sonra biz atəş açmamaq haqqında danışa bilərik. “Bu gün biz atəş açmalıyıq, atəş dayanmamılıdır” deyən deputat Müdafiə Nazirliyinin təmas xəttini keçən düşmən təyyarələrinin vurulacağı ilə bağlı bəyanatını da sərt tənqid edib. O bildirib ki, təmas xətti sərhədd deyil, bizim sərhəddi keçən bütün düşmən vasitələri vurulmalıdır, o cümlədən işğal altında təlim keçən erməni təyyarələri.



F.Quliyevin həmin çıxışının səs yazısını təqdim edirik:

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir