Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

22:54 09-12-2018 | icon 375 | Ədəbiyyat
Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

 

HƏYAT HEKAYƏSİ

 

 

 

Mən ona qocalanda baxacaqdım, o da birgə arzularımızı həyata keçirəcəkdi...

 

 

 

PƏRİŞAN MUSAZADƏ

 

I

 

İllər öncə qəbul imtahanından keçdim. Sevincimin həddi-hüdudu yox idi. Uşaqlıq ağlı... Evli olsam da oxumağa icazə verəcəklərini zənn etmişdim. Heç də hər şey düşündüyüm kimi olmadı. O böyük istəyi aldılar məndən, həm də bir göz qırpımında...

 

"Gəlin nədir, oxudu nədir"?!. Sözlər hələ də qulaqlarımdadır. Erkən nigaha girmiş hər qız kimi mənim də arzularım puç olmuşdu... Amma Təbriz var idi həyatımda. Ona olan hörmətim var idi. Uşaqlarima ana oldum. Ailəmə qadın oldum. Evimə gəlin oldum... 5-ci qrup "test"lərim, hazırlıq kitablarım, dəftərlərim hələ də qalırdı. Hər dəfə evdə təmizlik edərkən götürüb baxır, yerinə qoyurdum. "At, bu lazımsız kitabları" deyəndə daha da dərinə gizlədirdim...

 

Hamıya deyirdim ki, qız uşaqları oxumalıdır, sabah nə olacaq bəlli deyil. Belə deyəndə də deyirdilər ki, "qarğış edirsən, yəni hamının əri ölsün deyirsən". Anlata bilmirdim. Əslində onu demədiyimi anlata bilmirdim...

 

Təbrizin əmisi qızı üniversitetə qəbul olanda necə mübarizə aparmışdım oxusun deyə. O mənim kimi olmadı, evli olmasına rəğmən oxudu. Mübarizə apardı...

 

İllər sonra Tayfunu "Hacı Zeynalabdin Tağıyev" adına kluba məktəbəqədər hazırlığa apararkən Təbriz dedi ki, "metro ilə gedək". Getdik... Qayıdanda "Həzi Aslanov" metrostansiyasından qatara oturduq, "Xalqlar Dostluğu" metrosundan çıxanda yağış yağırdı. Çətiri açdım, Tayfunun başına yağış yağmasın deyə tutdum. Tam da dekabr ayının bu günləri idi. Metronun çıxacağında başına salafan keçirmiş, əynində nazik qırmızı toxunma jaket olan yerdə oturmuş bir uşaq gördük. Çox üşüyürdü...


- Təbriz, bir şey etsəm hirslənmərsən?
- Baxır nə edəcəyinə.
- Tayfunun montunu bu uşağa verək...

Təbriz Susdu. Onu yaxşı tanıyırdım. Baxışları razılıq idi. Tayfunun qəhvəyi montunu çıxardıb uşağa geyindirdim. Təbriz bizi taksi ilə evə gətirdi...


- Sən çox yaxşı müəllimə olarmışsan, Pərişan.
- Amma buna imkan vermədiniz, Təbriz bəy!!!

İnciməməsi üçün gülümsədim.

 

Bu hadisənin üzərindən 1 il keçmişdi... Təbrizin helikopteri havadaykən nasazlıq olmuşdu. Evə gəldiyində alnındakı damarlar çıxmışdı, yanaqları qızarmışdı, yaşıl gözləri parıldayırdı...


-Oxumaq istəyirsən?
- Əlbəttə istəyirəm. Sən bilirsən, bu mənim ən böyük arzumdur.
- Mən, mən olmadıqdan sonra övladlarıma baxa biləcək güclü qadın istəyirəm. Oxu, Pərişan. Qalan hər şey mənlikdir.

 

İmtahanlara iki ay qalmış hazırlaşdım. Qəbul oldum. Yenə eyni təpkilər. Amma bu dəfə mübarizə apardıq Təbriz də, mən də... Oxudum...


Bir gün yenə soruşdu:

- İndi ən böyük arzun nədir?
- Təhsil ocağımın olması.
- O zaman bir gün açarıq. Adını da "Tayfun" qoyarıq, fırtına kimi uşaqlar yetişsin orda. Həm də kimsəsizlərə yardım edərik. Metroda montunu gəyindirdiyin uşaq kimi. Amma bir şərtlə, yatırımı mən edəcəm, qocalanda sən mənə baxarsan...

 

Unutmamişdi o uşağı... Güldük ikimiz də və anlaşdıq...


Hər kəs sual verir - niyə hər zaman güclü qadınların olmasını istəyirsiniz. Bax, buna görə. Mən yazmadığım çox mübarizəni apardım. Allah hər bir övladımıza gözəl taleh qismət etsin. Amma lazımdır. Qızlarınıza ayaqlarını yerə sağlam basmağı öyrədin. İnanın, ən gözəli budur. Sonra ana da, gəlin də, yoldaş da olurlar. İlk öncə GÜCLÜ QADIN olmağı öyrədin...


...MƏN ONA QOCALANDA BAXACAQDIM, O DA BİRGƏ ARZULARIMIZI HƏYATA KEÇİRƏCƏKDİ.
ARZULARINIZIN HƏYATA KEÇMƏSİ DİLƏYİLƏ SEVGİ İLƏ, SEVDİKLƏRİNİZLƏ QALIN.

 

(davamı olacaq)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

AXCP-də film olayı, yoxsa xəyanət?

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"