İtin “Instagram” səhifəsi iki gündə 288 min abunəçi topladı

12:00 27-12-2021 | icon 176 | Maraqlı
İtin “Instagram” səhifəsi iki gündə 288 min abunəçi topladı

Çilinin yeni prezidenti Qabriel Boriçin itinin “Instagram” səhifəsinə iki gündə 288 min insan abunə olub.

 

“Brauni” ləqəbli itin hesabında indiyədək yeddi paylaşım dərc edilib.

 

“Seçkilər vasitəsilə mənə həvalə edilmiş “birinci it” vəzifəsi ilə bağlı çağırışa hazıram. Mən Çilidə təkcə itlərin deyil, bütün ev heyvanlarının layiq olduğu hüquqlar və rəftarlar uğrunda mübarizə aparmağa söz verirəm. Hav!” – deyə birinci paylaşımda deyilir.

 

 

“Brouni”nin səhifəsindəki sonuncu paylaşım Argentina prezidenti Alberto Fernandesin iti “Dilan” ilə videobağlantı üzrə danışıqlara həsr olunub.

 

“Mən Argentina Respublikasının “birinci iti” Dilan Fernandes ilə əlaqə saxladım. Ümid edirik ki, heyvanlara məsuliyyətli sahiblik və insanların bizimlə birgə yaşaması kimi mühüm məsələlərdə irəliləyiş əldə edəcəyik”, - deyə paylaşımda deyilir.

 

 

Çili prezidentinin itinin 57 min izləyicisi olan “Twitter” hesabı da var.

 

Qeyd edək ki, dekabrın 19-da 35 yaşlı Qabriel Boric 56% səslə Çilinin prezidenti seçilib. O, 2022-ci ilin martında vəzifəsinin icrasına başlayacaq və Çili tarixində ölkənin ən gənc lideri olacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları