Bu Yeni İl hədiyyələri uşaqlar üçün təhlükəlidir

15:23 28-12-2021 | icon 241 | Cəmiyyət
Bu Yeni İl hədiyyələri uşaqlar üçün təhlükəlidir

Uşaqlar üçün hədiyyə olaraq yaramayan keyfiyyətsiz oyuncaqları ilk növbədə kəskin kimyəvi qoxusu ilə müəyyən etmək mümkündür.

 

Bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov məlumat verib.

 

O, bildirib ki, körpələr üçün Yeni İl hədiyyəsi seçərkən kiçik detalları olmayan oyuncaqlara üstünlük vermək lazımdır:

 

“Uşaqların maqnit konstruktorları ilə çox sayda xoşagəlməz hadisə yaşadıqlarını bilirik. Azyaşlılar oyuncaqların kiçik hissələrini udur, onlar yemək borusunda birləşərək həyat üçün böyük təhlükə yaradır. Bu baxımdan kiçik və iti hissələri olan istənilən konstruktor və ya digər oyuncaqlar təhlükəlidir. Körpələr hər şeyi ağızlarına aparırlar və oyuncaq seçərkən bu, mütləq nəzərə alınmalıdır”.

 

O, atıcı oyuncaqların azyaşlılara zədə yetirə biləcəyilə də bağlı xəbərdarlıq edib.

 

Bununla yanaşı, Tyajelnikov hədiyyə seçərkən onun hazırlandığı materiallara da xüsusi fikir verməli olduğumuzu xatırladıb:

 

“Keyfiyyətsiz oyuncağı kəskin kimyəvi qoxu, parlaq zəhərli rəngləri ilə tanımaq olar. Amma təhlükəsizliyə zəmanət vermək üçün satıcıdan keyfiyyət sertifikatı tələb etmək lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”