I Amenhotepin görünüşü bərpa edilib

09:47 29-12-2021 | icon 423 | Maraqlı
I Amenhotepin görünüşü bərpa edilib

İlk dəfə olaraq firon I Amenhotepin mumiyası kompyuter tomoqrafiyası (KT) skanerindən istifadə edilərək araşdırılıb.  Bu mumiyanın həqiqiliyini təsdiqləməyə və qədim Misir hökmdarının xarici görünüşünü yenidən qurmağa kömək edib.

 

Beynəlxalq fiziklər və arxeoloqlar komandasının işinin nəticələri “Frontiers in Medicine” elmi jurnalında dərc olunub.

 

“Biz mumiyanın kəfənini virtual olaraq açmaq və fironun zahiri görünüşünü öyrənmək üçün müasir texnologiyadan istifadə etdik. Təhlillərimiz göstərdi ki, I Amenhotep təxminən 35 yaşında vəfat edib. Onun boyu 169 santimetr olub, dişləri yaxşı vəziyyətdədir. Bədəni 30 amulet və unikal qızıl kəmərlə bəzədilib”, - Qahirə Universitetinin professoru Səhər Salim bildirib.

 

Qeyd edilir ki, I Amenhotepin mumiyası hələ 1881-ci ildə fransız arxeoloqları tərəfindən Misirin cənubundakı Deyr əl-Bahari məzarlığında aşkar edilib. Onun sarkofaqı, kəfəni və digər komponentləri demək olar ki, orijinal formada günümüzə qədər gəlib çatıb. Onun kəşfi arxeoloqlar arasında çoxlu mübahisələrə səbəb olub.

 

Məsələ burasındadır ki, fironların XXI sülaləsinin salnamələrində I Amenhotepin və Yeni Krallığın bir çox başqa hökmdarlarının məzarlarının talan edildiyi, mumiyaların bəzilərinin zədələndiyi göstərilir. Bu, kahinləri qalan məzarları evakuasiyaya və mümkün olduğu təqdirdə bərpasına sövq edib.

 

Salim də daxil olmaqla bir çox tarixçi I Amenhotepin qalıqlarının itdiyini, kəfənin içərisində isə qədim Misirin sonrakı hökmdarının cəsədinin ola biləcəyini düşüb.

 

Səlim və onun həmkarları ilk dəfə I Amenhotepin mumiyasını KT skaneri ilə tədqiq etdikdən və onun rəqəmsal əkizini yaratdıqdan sonra şübhələri aradan qaldırıblar.

 

“Əldə etdiyimiz görüntülər göstərir ki, mumiyalanmış gənc xarici görünüşcə firon I Ahmosa çox bənzəyir. Onun da atası kimi dar çənəsi, nazik burnu, qıvrım saçları və yuxarı çənəsində bir qədər çıxıntılı dişləri var. Onun zorakılıqla öldüyünə dair hər hansı bir dəlil tapmadıq”, - deyə Salim vurğulayıb.

 

Alimlər fironun bədənində çoxlu xəsarətlər aşkar etsələr də, bunun mumiyalanmadan sonra ola biləcəyi müəyyənləşib. Fiziklərin və misirşünasların fikrincə, I Amenhotepin mumiyası qədim məzar quldurları tərəfindən təhqir olunub, bu da, güman ki, XXI sülalənin kahinlərini fironun dəfn kəfəninin ilkin görünüşünü bərpa etmək üçün çox səy göstərməsinə sövq edib.

 

Kahinlər fironun başını yapışan sarğı ilə boynuna bağlayıblar, əlləri əvvəlki vəziyyətinə qaytarıblar, həmçinin bədənin zədələnmiş hissələrini amulet və sarğı ilə bağlayıblar.

 

Bu, onu göstərir ki, sonrakı dövrlərin hökmdarları və din xadimləri I Amenhotepin şəxsiyyətinə hörmətlə yanaşıblar (Əvvəllər bəzi tarixçilər onun hakimiyyətinə dair az sayda yazılı sübuta istinad edərək bunun əksini deyirdilər).

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları