İki polis bıçaqlandı

15:18 29-12-2021 | icon 206 | Hadisə
İki polis bıçaqlandı

Dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

 

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?