“Qış nağılı” CinemaPlus-da 

12:14 30-12-2021 | icon 409 | Film
“Qış nağılı” CinemaPlus-da 

 Azərbaycan filminin təqdimatı keçirilib

 

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının “Qış nağılı” Azərbaycan Yeni il komediyasının təqdimatı keçirildi!

 

Versus.Az xəbər verir ki, tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.

 

Santa Klaus timsalında “Merry Band” peşəkar musiqi qrupu gecəyə xüsusi ab-hava bəxş edib.

 

Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir. Filmdə qəhrəmanlar hekayələr üzrə qruplaşdırılıb və hər hekayənin öz süjet xətti və baş qəhrəmanları var. “Qış nağılı”nı yaşayan və yaşadan aktyor heyəti aşağıdakı kimidir:

 

Murad Dadaşov, Əbdül Mahmud, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Samirə Əfəndi, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Məcid Hüseynov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Aqil M. Quliyev, Dilarə Kazımova, Günel Məmmədova, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Rövşən Məmmədli, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Şəlalə Şahvaladqızı, Asya Abdullayeva, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

 

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

 

Qış nağılı”nın ideya müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.

 

Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyev, quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

 

Filmin əsas musiqilərini Xalq artistləri -  Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

 

Xüsusi təşəkkürlər “Light in Black” kreativ şirkətinə, “FRYDAY Burgers & Fries” restoranına bildirilir.

 

CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları