ABŞ Azərbaycanı hərbi cinayətdə ittiham edir

16:26 30-12-2021 | icon 496 | Geopolitika
ABŞ Azərbaycanı hərbi cinayətdə ittiham edir

ABŞ özünün sifətsizlıyini göstərdi

 

Ankara və Bakıya əsassız ittihamlar yağdıran Baydenin imzaladığı sənəddə ölkəmizi Qarabağda hərbi cinayətlər törətməkdə ittiham etdi. ABŞ-ın bu davranışı hiddət doğurur. 

 

 

Bu barədə Versus.az -a şərh verən politoloq Turan Rzayev Qərbin üzsüzlüyunü ifadə edən məlum sənədlərə diqqət çəkib.

Bayden 2022-ci maliyyə ili üçün təxminən 770 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb. Konqresmen Frank Pallone isə "Twitter" hesabında ABŞ Prezidenti Co Baydenin ötən gün imzaladığı yeni müdafiə büdcəsi qanununda Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda hərbi cinayətlər törətməkdə məsuliyyət daşımasına dair bəzi ifadələrin olduğunu iddia edib.

 

ABŞ-ın ermənipərəst siyasəti yenə də Qarabağı "Artsax" kimi töqdim edib, guya erməniləşdirməyə çalışıb.

Frank Pallone yazır: "Baydenin dünən imzaladığı NDAA sənədində Azərbaycan və Türkiyəni "Artsax”da törətdikləri hərbi cinayətlərə görə məsuliyyət daşımağa yönəlmiş bəzi mühüm bəyanatlar var. Bu cinayətlərin açılmasında tələb olunan hesabatların dəqiq olmasını təmin etmək üçün səy göstərməyə davam edəcəyəm”, - deyə Pallone bildirib.

Türkiyənin "Sözcü” agentliyinin xəbərinə görə, sənəddə Azərbaycan-Ermənistan gərginliyində silahdan istifadə ilə bağlı hesabat tələb olunur və tərəflərin beynəlxalq hüquqlarla bağlı öhdəliklərinə əməl etməli olduqları bildirilir.

 

Ermənistanın rəsmi radiosu "Public Radio of Armenia" Konqresdə bu ayın əvvəlində qəbul edilən Milli Müdafiə Səlahiyyəti Qanununda (NDAA) Türkiyə və Azərbaycana qarşı dörd ittihamın yer aldığını iddia edib. Şübhəsiz ki, 4 iddianın hər biri qərəzlidir və birbaşa erməni diasporu və lobbisinin sifarişi əsasında hazırlanaraq qanun layihəsinə təqdim edilib. Prinsip etibarilə, ABŞ konqresmeni Frank Pallone özü də Konqresə erməni disaporu və lobbisinin dəstəyi ilə seçilib. 

 

Politoloq hesab edir ki, ola bilər ki,  nə Frank Pallone, nə də onun kimi erməni maliyyəsi hesabına seçilən konqresmenlər 44 gülük müharibə və müharibədən sonrakı reallıqları yaxşı bilmir.

 

Politoloq bir daha xatırladıb:

"Birincisi, ittihamda qeyd edilir ki, ötən il Ermənistanla 44 günlük müharibədə istifadə edilən Türkiyənin "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib. "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib-edilməməsi haqda bir şey demək çətindir. Hər halda bunu Türkiyə rəmiləri daha yaxşı bilər. Lakin bu silahlar artıq bir çox ölkəyə satılıb. Azərbaycan da bu silahları ən çox alan ölkələrdəndir. Rəsmi Bakı Türkiyədən bu PUA-ları pulsuz almayıb. Alınan malın mülkiyyəti sövdələşmədən sonra alan şəxsə və ya ölkəyə məxsusdur. Azərbaycan "Bayraqdar" PUA-larından nə cür istifadə etmək üçün Vaşinqtondan icazə alası deyili. ABŞ tərəfinin narazılığı var idisə, bunu ilk başda, PUA-lar satılanda və ya 44 günlük müharibə zamanı etməli idi. İndi belə bir iddianın irəli sürülməsinin nə mənası var, nə də əhəmiyyəti.

 

İkincisi, iddia olunur ki, Azərbaycanın erməni əsgərlərini qanunsuz olaraq saxlayıb və işgəncələrə məruz qoyub. Sual olunmalıdır ki, Azərbaycan erməni əsgərlərini necə qanunsuz saxlaya bilər? 44 günlük müharibə zamanı saxlanılan və ya döyüşlər zamanı ələ keçirilən erməni əsgər və zabitləri hərbi əsir kimi saxlanılıb. 44 günlük müharibə sonrası saxlanılan ermənilər isə heç bir halda hərbi əsir deyil, bu statusu ala da bilməz. O ki qaldı bu şəxslərə işgəncə verilməsinə, rəsmi Bakı istər hərbi əsirlər, istərsə də diversantların yeri, saxlanma şəraiti, səhhəti ilə bağlı mütəmadi olaraq bütün beynəlxalq humanitar təşkilatlara məlumat verib. Bu haqda detallı bilgilər onların hesabatlarında da var.

 

Üçüncüsü, Türkiyənin Azərbaycana dəstək üçün bölgəyə qoşun yeritdiyi iddia olunur. Türkiyənin nə 44 günlük müharibə zamanı, nə də sonra Azərbaycanda qoşunu olmayıb. Məsələ ondadır ki, Azərbaycanın modern ordusunun ən yeni nəsil silahları var. Ermənistanla müharibə aparmaq, torpaqlarımızı işğaldan azad etmək üçün qardaş Türkiyənin qoşununa ehtiyacımız yox idi. Digər tərəfdən, qardaş ölkənin hərbi yardımına ehtiyacımız olsa idi, bunu açıq şəkildə istəməkdən çəkinməzdik. İki ölkə arasında qarşılıqlı yardım haqda müvafiq sazişlər, razılaşmalar var. Azərbaycan zərurət yarandıqda Türkiyədən hər an hərbi yardım istəyə bilər.

Dördüncüsü, Azərbaycanın davam edən zorakılıqlara görə beynəlxalq qanunları və razılaşmaları pozduğu iddia edilir. Azərbaycan nə 44 günlük müharibə, zamanı nə də hazırda beynəlxalq hüquqa zidd hansısa addım atmır. 44 günlük müharibəni leqallaşdıran BMT TŞ müvafiq 4 qətnaməsi idi. Digər tərəfdən, Ermənistanın beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisini işğal etməsinə 27 il səssiz qalmaq özü beynəlxalq hüquqa zidd addımdır. Hazırda sərhədlərin demarkasiya və delimitasiya prosesi gedir. Bu proses isə tarixi xəritələr, eyni zamanda peyk görüntüləri əsasında aparlır. Mübahisəli məsələlər birgə komissiya ilə tənzimlənir. Rəsmi Vaşinqtonun bu məsələyə belə qərəzli mövqe sərgiləməsi isə heç bir məntiqə sığmır-deyə politoloq bildirib.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?