Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

12:35 31-12-2021 | icon 584 | Cəmiyyət
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

 

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

 

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları